Vüqar Gülməmmədov dövlət büdcəsi ilə bağlı "Hesablama Palatasının Rəyi"ni Milli Məclisə təqdim edib - TAM ÇIXIŞ
23-12-2020 [19:56]
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi"ni Milli Məclisə təqdim edib.
Mia.az Palata sədri Vüqar Gülməmmədovun çıxışını olduğu kimi təqdim edir:
"Hörmətli millət vəkilləri,
Hörmətli mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və iclas iştirakçıları!
“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi “Hesablama Palatası haqqında”, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun hazırlanmışdır.
Rəy, 2021-ci il üçün dövlət büdcəsinə dair Qanun layihəsi və layihə ilə birlikdə hazırlanan və təqdim olunan sənədlərin mövcud qanunvericilik aktlarına uyğunluğu, nəzərdə tutulmuş dövlət büdcəsinin gəlirləri və xərcləri, dövlət borcu, o cümlədən borca xidmət xərclərinin və büdcə kəsirinin proqnoz göstəricilərinin əsaslılığı və tamlığı, həmçinin bu göstəricilərin əsas makroiqtisadi parametrlərlə uyğunluğu barədə kənar dövlət maliyyə nəzarəti orqanının mövqeyini ifadə edir.
Mütərəqqi təcrübə kimi “Proqnoz maliyyə məlumatlarının yoxlanılması” (Əminlik təmin edən məsələlər üzrə beynəlxalq standart – 3400) standartlarından da istifadə olunmuşdur.
Çoxsaylı siyasi və iqtisadi problemlərlə “zəngin” olacağı gözlənilən 2020-ci ilin onsuz da mürəkkəb olan mənzərəsinə gözlənilmədən “tibbi çalarların” da əlavə edilməsi 2021-ci ilin dövlət büdcəsinin formalaşması dövrünün beynəlxalq aləmdə əsas xarakteristikasıdır. Bu xarakteristikalar isə mövcud və gözlənilən neqativ meyilləri daha da qabartmış, bu meyillərin trayektoriyalarını daha da kəskinləşdirmişdir. İlk olaraq qeyd edim ki, 2021-ci ilin dövlət büdcəsi güclü və haqlı olan dövlətin büdcəsidir.
Böyük bir fəxrlə demək lazımdır ki, büdcənin layihələndirildiyi dövr Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı, artıq dünya hərb tarixinə düşmüş döyüş əməliyyatları baş verdiyi bir dövr idi. Bu əməliyyatların dövlət maliyyəsinə nəticəsi isə artıq işğaldan azad edilmiş və tam ərazi bütövlüyünü əhatə edən, düşmənin vandalizm aktlarına məruz qalan doğma torpaqlarımızda bərpa-quruculuq işləri ilə bağlı vəsaitlərin də nəzərdə tutulduğu 2021-ci ilin dövlət büdcəsidir. Qısa və lakonik ifadə etsək, 2021-ci ilin büdcəsi Qarabağ torpaqlarına şamil və tətbiq edilən ilk büdcədir.
Dünyanın əksər ölkələrində izlənən mənfi dinamika pandemiya və onun nəticələrinin aradan qaldırılması ilə əlaqədar tətbiq edilən sərt karantin rejiminin nəticəsidir və təbii ki, bu tip tədbirlərin neqativ təsirlərinin Azərbaycan iqtisadiyyatına da transmissiya olunması qaçılmaz idi. Bu baxımdan 2021-ci ilin dövlət büdcəsi makroiqtisadi göstəricilərin sistemində bəzi parametlərin mənfi dinamikası ilə yanaşı, bir sıra parametlərin də müsbət davranışı fonunda layihələndirilmişdir.
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu ölkədə büdcə sisteminin quruluşu, tərtibi, layihələndirilməsi, qəbulu və icrası ilə bağlı mərhələləri əhatə edir və bu istiqamətdə tələbləri müəyyənləşdirir. 2021-ci ilin dövlət büdcəsinin layihəsinin tərtibi və strukturu ilə bağlı “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi tələb və müddətlər əsasən gözlənilmiş, dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlər “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə, əsasən uyğun olmuşdur.
Cari ildə “Büdcə zərfi”nə qanunvericiliyə dəyişikliklər edilmədiyi halda bəzi əlavə məlumatlar daxil edilmişdir. Hesablama Palatası şəffaflıq və faydalılıq baxımından “Büdcə zərfi”ni müsbət qiymətləndirməklə yanaşı, dövlətin maliyyə inzibatçılığının qiymətləndirilməsi üçün istifadə edilən beynəlxalq mütərrəqi təcrübədəki metodologiyaya əsaslanaraq “Büdcə zərfi”nin məlumatlılığının artırılması, şəffaflığın təmin edilməsi istiqamətində atılan addımların davam etdirilməsi vacibliyini qeyd edir.
Parlamentdə müzakirə edilən “Büdcə zərfi” ilə bağlı dünya təcrübəsində əsasən iki şərt irəli sürülür:
hesabatlılığın və şəffaflığın təmin edilməsi məqsədilə zərfin əlçatanlığı təmin edilməli;
büdcə ilə birlikdə təqdim edilən sənədlərin “çeşidi” geniş və ictimai faydalılığı yüksək olmalıdır.
Beynəlxalq təcrübədə tətbiq edilən qabaqcıl nümunələrə əsaslanan metodologiya əsas götürülməklə, “Büdcə zərfi”ndə aparılması məqbul hesab edilən səkkiz istiqamət üzrə zəruri təkmilləşdirmələr barədə təqdim etdiyimiz Rəydə əhatəli məlumat verilmişdir.
2021-ci ilin dövlət büdcəsindəki fərqli məqamları, xüsusiyyətləri və özəllikləri iclas iştirakçılarının diqqətinə təqdim etmək istərdim.
2021-ci ilin dövlət büdcəsinin gəlirləri cari ilin müvafiq göstəricisinə nisbətən 5,4% çox olmaqla 25427,0 mln. manat məbləğində nəzərdə tutulmuş, cari illə müqayisədə 6 tədiyə növü üzrə azalma, 13 növ üzrə artım proqnozlaşdırılmış, 1 mənbədən gəlirlər isə sabit saxlanılmışdır.
Gəlirlərdə yeni mənbələr var: Təminat Fondundan transfer, Mərkəzi Bankın mənfəətindən ayırmalar kimi daxilolma mənbələri (Beynəlxalq Bank 120,0 mln. manat).
Bəzi gəlir növləri üzrə cari ilin faktiki göstəriciləri, növbəti ilin münbit makro göstəricilər fonunda əlavə potensialın olması qənaətindəyik və bu barədə rəydə ətraflı məlumat verilmişdir.
2021-ci ilin dövlət büdcəsi Orta müddətli xərclər çərçivəsinin tətbiq edildiyi ilk büdcədir. Bu sənəd təbii ki, kəmiyyət göstəriciləri ilə zəngindir. Yeni yanaşma ilkin olaraq 3 sektoru (təhsil, ekologiya və kənd təsərrüfatı) əhatə edir və növbəti ilin dövlət büdcəsində xərclərin proqramlılıq səviyyəsinin yüksəldilməsinə səbəb olan əsas amildir. Təqdim edilmiş Rəydə Orta Müddətli Xərclər Çərçivəsi ilə bağlı təhlillər, əsas nəticələr üzrə məlumatlar əks etdirilmişdir. Xərclərin effektivliyi anlayışının tətbiqi orta müddətli maliyyə planlaşmasının, xüsusilə onun bir hissəsi olan nəticəyə əsaslanan büdcə modelini aktuallaşdırmışdır. OMXÇ-nin tətbiqini dövlət vəsaitlərinin səmərəli və nəticəli istifadəsini təmin edəcək nəticə əsaslı büdcəyə keçidin ilkin mərhələsi kimi qiymətləndirməliyik. Ümumilikdə isə Hesablama Palatası növbəti illərdə bu çərçivə üzrə proqnozlaşdırmada vəsait və nəticə parametrləri arasında sıx əlaqəni, bu çərçivə və strateji hədəflərin mütəmadi olaraq uzlaşdırılmasını təmin edəcək addımların davam etdirilməsi zərurətini qeyd edir. Çıxarılan nəticələrdən biri də budur ki, ölkədə dövlət proqramlarının tərtibi və icrası ilə qaydaların olmasını aktuallaşdırır. Qaydaların olması proqram, tədbir və bu tip sənədlərin hansı formada təqdim edilməsi sualını cavablandıracaq.
Kəsirin maliyyələşdirmə mənbələrindən biri kimi özəlləşdirmədən daxilolmalar növbəti ildə, əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artımla proqnozlaşdırılmışdır. Nəzərdə tutulan vəsait (111,0 mln. manat) 2019-cu ilin göstəricisindən 18,5% çox, 2020-ci ilin göstəricisindən 79,0% çoxdur. Müşahidə edilən artım fonunda 2022-2024-cü illər üçün özəlləşdirmədən daxilolma azalma ilə nəzərdə tutulmuşdur.
Növbəti ilin dövlət büdcəsinin fərqli məqamlarından biri də daxili borclanma ilə bağlıdır. Bu fərq artımla xarakterizə olunur. Aydındır ki, ümumilikdə borcun artımı ilə borcla bağlı strategiyanın yenilənməsi labüddür. Diqqətə çatdırım ki, daxili borclanmadan (ölkə daxilində qiymətli kağızların (dövlət istiqrazlarının) yerləşdirilməsindən) daxilolmalar hesabına 2021-ci il dövlət büdcəsi kəsirinin 1300,0 mln. manat məbləğinin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə 2019-cu ildə daxili və xarici borclanmadan daxilolmalar hesabına 633,5 mln. manat yönəldilmiş, 2020-ci ilin 10 ayı üzrə müvafiq daxilolmalar üzrə 1530,0 mln. manat məbləğində proqnoza qarşı kəsirin maliyyələşdirilməsinə 83,7 mln. manat həcmində vəsait dövlət büdcəsinə mədaxil edilmişdir.
Hörmətli millət vəkilləri,
Diqqətinizə çox qısa müddət ərzində hazırlanmış Rəy üzrə əsas məqamları çatdırmağa çalışdım. Rəyin müzakirələrdə nəzərə alınmasını xahiş edir və diqqətinizə görə təşəkkür edirəm".
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib
ABŞ Ədliyyə naziri vəzifədən çıxarıldı
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub
Prezident İlham Əliyev Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - MÜZAKİRƏ + FOTO