03-12-2013 [14:30]
Parlamentin bu gün keçirilən keçirilən iclasında millət vəkili Qənirə Paşayeva deyib: "Bu gün Beynəlxalq Əlillər günüdür və mən ölkə əhalisinin 5,5%-dən çoxunu təşkil edən əlillərdən, onların üzləşdiyi problemlərdən və həllini gözləyən məsələlərdən danışmaq istəyirəm. Əlillərin hüquqlarının müdafiəsi ilə məşğul olan bir sıra qurumların və əlillərin millət vəkili olaraq bizimlə görüşləri zamanı qaldırdıqları bəzi problemlərini səsləndirməyimizlə bağlı təklifləri, qanunverici və hökumət orqanlarından xahişləri və gözləntiləri barədə danışmaq istəyirəm. Bu gün ölkəmizdə əlillərin ümumi sayı təqribən 425 min nəfər təşkil edir, o cümlədən 60 mindən çox əlil uşaq var və onların ümumi payı ölkə əhalisinin 5,5%-dən çoxunu təşkil edir. Mən özəlliklə I qrup əlillər başda olmaqla əlillərin onların müavinətlərinin artırılması ilə bağlı xahişlərini burda səsləndirmək istəyirəm. 2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat məbləğində müəyyən edilib. Amma məsələn, I qrup əlillərə 67 manat pensiya verilir. Onlar bildirirlər ki, 67 manatla yaşamaq onlar üçün mümkün deyil, çünki onlar təkcə yemək-içmək ehtiyaclarını deyil, dərman ehtiyaclarını da ödəməlidir ki, bu vəsaitlə onların ehtiyaclarını minimum səviyyədə qarşılamaq mümkünsüzdür. Onlar xahiş edirlər ki, onlara ölkə üzrə yaşayış həddindən aşağı pensiya verilməsin, ən azı bu rəqəm ölkə üzrə yaşayış minimumuna çatdırılsın ki, onlar da öz ehtiyaclarını minimum səviyyədə olsa da belə, ödəyə bilsinlər. Nəzərə almalıyıq ki, özəlliklə I qrup əlillərin əksəriyyətinin sağlamlıq səviyyəsi elədir ki, onlar işləyə bilmirlər, üstəlik bəzi sahələrdə işləmək imkanına malik olan I qrup əlilləri də qanunlara əsaslanaraq işə qəbul etmirlər. Yəni I qrup əlillər işləmək imkanından məhrumdurlar. Ona görə də ilk öncə I qrup əlillərdən başlayaraq, əlillərə əlilliyə görə verilən pensiya və müavinətlərin səviyyəsinin ölkə üzrə yaşayış minimumuna çatdırılması çox vacibdir və onlar qanunverici orqanlardan, hökumətdən bu istiqamətdə addımların atılmasını gözləyirlər".
Millət vəkili Qənirə Paşayeva eyni zamanda əlillərin əlil arabası ilə təminatı ilə bağlı üzləşdiyi problemləri qaldırıb və onların həll olunması bağlı addımların atılmasına çağırıb. O deyib ki, son illər ölkədə əlillərin əlil arabası ilə təmin olunması məsələsində irəliləyişləri görməmək mümkün deyil. Amma əlillərin əlil arabalarına ehtiyacının ödənilməsi bu gün də ən vacib məsələlərdən biridir. Amma ən vacib məsələlərdən biri də ondan ibarətdir ki, bu gün əlillərə verilən əlil arabaları əl ilə hərəkət etdirilir və hər bir əlilin yanında bir nəfər olmalıdır ki, onun əlil arabasının hərəkət etməsinə kömək etsin. Bunsuz əlillərin əlil arabasından geniş səviyyədə istifadə etmələri çətin olur. Onlar xahiş edirlər ki, əlillər üçün dövlət tərəfindən alınan və verilən əlil arabaları motorlu əlil arabaları olsun ki, onların özləri başqalarının yardımı olmadan hərəkət etdirə bilsinlər. Bu məsələnin həlli əlil arabasına ehtiyacı olan əlillər üçün çox vacibdir və onlar bu istiqamətdə təkliflərin həllinin tapmasını gözləyirlər.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, əlillərin hərəkəti üçün yol-nəqliyyat infrastrukturu, səkilər, küçələr, yeni tikilən binalar, təhsil və səhiyyə sistemi obyektləri, yerli və mərkəzi icra orqanlarının binaları əlillərin tələbatına cavab vermir və bu istiqamətdə əlillərin həllini gözlədiyi ciddi problemləri var və bu istiqamətdə ciddi işlərin görülməsinə ciddi ehtiyac var.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi