TƏBİB rəsmisindən iddialara reaksiya: "Kimsə sizdən pul tələb edə bilməz"
21-12-2020 [17:49]
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusa yoluxma şübhəsi olanlardan götürülən testlərin qiymətinin baha olması ilə bağlı məsələyə münasibət bildirib.
Mia.az xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış dövlət tərəfindən götürülən testlərin tamamilə ödənişsiz olduğunu deyib.
O bildirib ki, testlərin götürülməsi ərazi üzrə poliklinikalarda və təcili tibbi yardım xidməti vasitəsilə həyata keçirilir: “Kimsə sizdən pul tələb edə bilməz. Edərsə, bu barədə şikayətinizi Səhiyyə Nazirliyinə (Bakı şəhəri üzrə), TƏBİB-ə (regionlar üzrə) bildirə bilərsiniz. Özəl xəstəxanalardakı qiymətlərə isə biz nəzarət etmirik. Bundan başqa, TƏBİB dərman bazarına da nəzarət etmir”.
TƏBİB rəsmisi eyni zamanda hər kəsdən yaxma götürülməməsinə də aydınlıq gətirib: “Bu gün ölkədə kifayət qədər test ehtiyatı var. Lakin hər kəsdən eyni anda test götürmək fiziki baxımdan mümkün deyil. Burada söhbət təkcə testin götürülməsindən yox, eləcə də çeşidlənməsindən, laboratoriyaya daxil edilməsindən və s kimi proseslərdən gedir. Yaxma 5 saniyədə götürülə bilər, lakin bir testin nəticəsinin açıqlanması üçün 8-10 saat vaxt tələb olunur. Və üstəlik hər kəsdən test götürülsə, simptomlu şəxslərin cavablarının açıqlanması günlərlə gecikə bilər. Test cavabı olmayan insanı da xəstəxanaya yerləşdirmək olmaz”.
E.Baxış əlavə edib ki, karantin rejimi Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə qəbul edilir:
“Brifinqləri də TƏBİB deyil, NK yanında Operativ Qərargah təşkil edir. TƏBİB nümayəndələri isə virusun müalicəsi ilə bağlı yalnız tibbi və elmi izah üçün həmin brifinqlərə dəvət olunur.
Evdə müalicə alan koronaviruslu xəstələrə dərman və ya ərzaq çatdırılması ilə bağlı sosial xidmətimiz mövcud deyil. Biz koronavirus xəstələrinə dərman və ya ərzaq çatdıra bilmirik. Onsuz da həkimlərimizin işi çoxdur, bir də təsəvvür edin, onlar insanlara evdə sosial xidmətlər göstərirlər. Bu, fiziki baxımdan mümkündürmü? Bundan başqa, TƏBİB olaraq əməkdaşlarımız heç kimi maska taxmadığına görə cərimələmir. Koronavirusla Mübarizə Fonduna köçürülən vəsaitin xərclənməsi ilə bağlı qərarı TƏBİB deyil, Fondun İctimai Nəzarət üzvləri verəcək. Hələ ki, vəsait xərclənməyib. Tənqidlərdən biri də ondan ibarətdir ki, biz danışmaq üçün mətbuata ekspert vermirik. Gün ərzində onlarla belə sorğu alıram. Bəzən bir televiziyadan 2-3 əməkdaş zəng vurub, eyni kanalda fərqli verilişlərə qonaq istəyirlər. Amma nəzərə alın ki, televiziyalarda danışan həkimlərimiz həm də koronavirusun müalicəsi ilə məşğuldur. Bəzən onlar fiziki baxımdan yorulur, bir kanalın bir neçə verilişində danışa bilmirlər. TƏBİB-də cəmi 7-8 nəfər İşçi qrupun üzvü olan həkimlərimiz var. Ölkədə mətbu orqanların sayı isə yüzlərlədir. TƏBİB ölkə üzrə tabeliyində olan bütün xəstəxanalarda stasionar müalicə ilə məşğul olur və Bakı şəhəri istisna olmaqla, Sumqayıt, Abşeron və digər ərazilərdə evdə müalicə olunan şəxsləri dərmanla təchiz edir. Eyni zamanda Bakı şəhəri istisna olmaqla, sözügedən ərazilərdə poliklinikalar və Təcili Tibbi Yardım xidməti TƏBİB-in nəzarətindədir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi