İnfeksionist: "COVID-19 mutasiyaya uğrasa, vəziyyət indikindən 70 faiz daha ağır ola bilər”
21-12-2020 [16:02]
"Viruslar genetik modifkasiyaya məruz qalaraq mutasiyaya uğrayır, bu zaman həmin virusa gen cəhətdən yaxın olan yeni virus yaranır".
Bunu tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirib.
Onun sözlərinə görə, bu mutasiyalar virusun bioloji forma və funksiyasının dəyişməsinə səbəb olur: “Mutasiya olmuş formalar bəzən əvvəlki variantından yüngül, bəzən isə çox ağır xəstəlik törədə bilir. Virusun mutasiyaya uğramasına təsir edən faktorlar var. Buna xarici mühitin təsiri, özbaşına dərman vasitələrinin qəbul edilməsi daxildir. Xüsusən də antibiotiklərin qəbulu virusun mutasiyaya uğramasına səbəb olur”.
V.Cavadzadə qeyd edib ki, əgər koronavirus mutasiyaya uğrayıb, yeni tiplər yaranıbsa, gələcəkdə vaksinasiya sahəsində müəyyən problemlər yarada bilər: “Ola bilər ki, vaksinasiya əvvəlki tiplərə təsir eləsin, amma yeni mutasiya olmuş virusda effektiv olmaya bilər. Hazırda son ümidimizi vaksinə bağlamışıq. Yeni virusa vaksin təsir etməzsə, bu artıq bir fəlakət olacaq. Onda məcbur olacağıq ki, hər mutasiya olmuş virusa qarşı vaksin tapılsın. Hazırda yeni virusun təhlükəsi barədə dəqiq məlumatlar yoxdur. Amma Britaniya mətbuatı yazır ki, mutasiya olmuş virusun əvvəlkinə nisbətən yoluxduruculuğu 70 faizdən yüksəkdir. Bu informasiya təsdiqlənərsə, təhlükə artacaq. Vəziyyət indikindən 70 faiz daha ağır ola bilər”.
İnfeksionist koronavirus pandemiyasının başqa ölkələrə yayılmasının qarşısının alınmasının çətin olduğunu bildirib: “Biz istəsək də, istəməsək də, virus gələcək. Çünki xarici ölkələrə gediş-gəliş var. Bu da virusun gətirilib aparılmasına səbəb olur. Düşünürəm ki, insanlar qorunma tədbirlərin daha da artırmalı, özlərinə və ətrafdakılara qarşı məsuliyyətli olmalıdırlar”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yeni variantını sentyabrda Britaniyada aşkarlandığını açıqlayıb. Daha sonra bu Danimarka, Niderland, Avstraliyada, Cənubi Afrika Respublikasında və İtaliyada qeydə alınıb. Mutasiyanın Böyük Britaniyada yarandığı və ya ora sonradan gətirildiyi barədə məlumat yoxdur. Həmçinin hazırlanmış yeni vaksinlərin bu cür mutasiyaya qarşı uyğun olub-olmayacağı da məlum deyil/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi