Zakir Həsənov Cənubi Koreya ilə Anlaşma Memorandumu imzaladı

img

03-12-2013 [11:00]



Azərbaycan və Cənubi Koreyanın Müdafiə nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

APA-nın Cənubi Koreyanın «Yonhap» xəbər agentliyinə istinadən verdiyi məlumata görə, müdafiə nazirləri Zakir Həsənov və Kim Kuan-jinin (Kim Kwan-jin) görüşündə Azərbaycan və Cənubi Koreya arasında hərbi əlaqələr və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunub.

Üç günlük səfər çərçivəsində Z. Həsənov Koreya Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri və Müdafiə Satınalmaları İdarəsinin (DAAP) direktoru ilə də görüşəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA