03-12-2013 [11:44]
Bu dəfəki həmsöhbətimiz şair Habil Vəliyevdir.
Salam, xoş gördük, Habil müəllim. Necəsiniz?
- Xoş gördük, gözəl insan.
Özünü necə təqdim edərdiniz?
- Habil Çərkəz oğlu Vəliyev.
Sizə həm də «Doktor» kimi müraciət edirlər. Sirr deyilsə, səbəbini açıqlaya bilərsizmi?
- Bu, sadəcə, sənətimlə əlaqədardır.
İxtisasca kimsiniz?
- Həkim.
Şeir sizin üçün nədir?
- Şeir mənim bu dünyaya açılan tək qapımdır, ruhumun, məndəki mənin rahatlıq tapdığı yeganə ünvandır.
Özünüzü tanınmış şair hesab edirsiniz?
- Bəzən hisslərin, duyğuların axarında məni tanımağa çalışdığım halda, başqaları üçün tanınmış olmaq o qədər də asan deyil.
Şeirləriniz, əsasən kimə və nəyə həsr olunur?
- "O”nun bəxş etdiyi zərrəni daşıyana, onu ilahi sevgiylə cilalamağa çalışan hər bir kəsə, yaşadıqlarıma, yaşananlara...
Şeir yazmağa nə vaxtdan başlamısınız?
- İlk şeirimi üçüncü sinifdə yazmışam. Fasilələrim də olub.
Hər yaradıcı insanın, xüsusilə də şairlər nədənsə ilham alır, ilham pəriləri olur. Bəs siz o ilhamı necə və nədən alırsınız? İlham pəriniz varmı?
- Mən hər zaman müxtəlif mövzulara müraciət etmişəm. Eyniliklərdən, bənzərliklərdən qaçmağa çalışmışam. İlham pərisi, sadəcə, simvollaşdırılmış bir surətdir. Eynən uşaq vaxtı hər birimizin xəyalında yaşatdığımız nağıl qəhrəmanları kimi. Ona görə də, məncə, şairin bir ilham pərisi olması haqda düşüncələr doğru deyil. Mən yaradıcı insanları bal arısına bənzədirəm. Ayrı-ayrı çiçəklərdən bal toplayan bal arısı.
Şairliyə maddi maraq kimi baxanlar da çoxdur, hətta bəziləri bəhrəsini də görürlər. Sizin üçün şairlik nədir? Maddi maraq, yaxud bir xobbi?
- Mənim üçün şeiriyyət nə xobbidir, nə də maddi maraq. Mən, sadəcə, duyğularımı qələmə almaqla ruhumun tələbatını yerinə yetirirəm.
Sizcə, şeirlər sərbəst ruhda gözəl səslənir, yoxsa ciddi formada?
- Qəlbdən gələn, hisslə yazılan şeir hər iki formada gözəl səslənir.
Adətən, sərbəst ruhda yazan şairlər qınaq mərkəzinə çevrilirlər, hətta iradlara tuş gəlirlər. Bəlkə sərbəst ruhda yazılan şeirləri çoxları anlamır?
- Məncə, bu, anlaşılmazlıq deyil. Çünki hər bir şeirin öz oxucusu, hər bir şairin də öz auditoriyası var. Mən sərbəst ruhda şeirləri daxilən içimdə səslənən ritmlə yazıram. O ritmi hiss etmədən o şeiri anlamaq olmaz. Digər tərəfdən, tənqid özünə güvənən şair üçün bir stimuldur.
Çox təəssüf ki, bu gün bir-iki cızma-qara edən də özünü şair hesab edir…
- Qafiyələri ard-arda düzməklə yazılan yazıya şeir deyilmədiyi kimi, bunu yaza bilən hər bir insana da şair demək düzgün deyil. Bu, ən azından böyük şairlərimizə hörmətsizlik olar. Sətirlərdə məna yükü olmadıqdan sonra onu oxumağa lüzum görmürəm. Ədəbi qanunlara əməl etməklə ortaya yeni bir fikir çıxarmaq – budur mənimçün əsil şairlik. Oxucu oxuduğu sətirlərdə özünü tapırsa, "bu şeir mənə yazılıb ” deyə düşünürsə, deməli, sən bunu bacarmısan.
Ümumiyyətlə, şair daxili dünyasında baş verən zəngin hadisələrə əsaslanaraq o şeirləri ərsəyə gətirməlidir, yoxsa hiss edib düşündüyünü yazmalıdır?
- Bir şairin həm daxili dünyasında, həm daxili dünyasında baş verənlər, həm düşüncələri, başqa sözlə desək, hiss etdikləri ilə gördükləri bir şeirdə vəhdət təşkil edirsə, şair gözəl bir əsər yaratmışdır demək.
Şeirin mənalı olması üçün nə etmək lazımdır?
- Eşitdiyini duy, duyduğunu anla, anladığını gör, gördüyünü hiss et və hiss etdiyini yaz.
Kitablarınız çap olunub?
- Bu il bir kitabım çap olunub.
Kitab yazmaqla məşhur olmaq olar?
- Məncə, çətin. Kifayət qədər oxucu kütləsi toplamaq, yazdıqlarınla hissləri oyatmaq mümkün olmadıqca çətin. Həm də indi insanlarımızın kitab oxumağa meyli azalıb.
Oxucuların sayını artırmaq üçün, sizcə, ilk növbədə nə etmək lazımdır?
- Bir oxucunun səndən nə gözləyə biləcəyini düşün.
Sizcə, şairliyin ən gözəl cəhəti nədir?
- Yaradıcılıq İlahiyə məxsusdur. Şairliyin ən özəl cəhəti də məhz Tanrının payı olmasıdır.
Ən sevimli şairiniz kimdir? Kimin şeirlərini oxuduqca oxumaq istəyirsiniz?
- Son zamanlar daha çox oxuduğum Salam Sarvan, İlqar Fəhmi, Ramiz Rövşən və Rüstəm Behrudinin şeirləridir.
Şeirlərinizi, ümumiyyətlə, günün hansı çağı yazırsınız?
- O, özü istəyərkən bunu etmək mümkündür. Sadəcə, müvafiq auranın olması da əsasdır.
Tənqidə münasibətiniz necədir?
- Tənqid yalnız şairin xeyrinə ola bilər. Əgər söhbət şeiriyyətdən anlayan insanların tənqidindən gedirsə. Tənqid şairi məcbur edir yazdıqlarına bir daha baxmağa, məsuliyyət hiss etməyə.
Yaxşı şeir yazıb ortaya çıxarmaq üçün şairə nə gədər vaxt lazımdır?
- Məncə, bunu zamanla müəyyən etmək çətindir. Olur ki, bəzən dəqiqələr yetir, bəzən də günlərlə səndə, sənin duyğularında dolanır.
Oxucularla ünsiyyətdə olmaq nə qədər vacibdi? Ümumiyyətlə, oxucularınızla tez-tez ünsiyyətdə olursunuz?
- Mən sənətimlə əlaqədar olaraq onsuz da insanlarla çox ünsiyyətdə oluram. İnsanları dinləmək, onların yaşadıqlarını hiss etmək, onlara yaşadıqlarını bölüşmək bir şairə çox şey verir. Sadəcə, dinləmək bacarığı gərəkdir. Mən hər zaman hər kəsi dinləməyə hazır olmuşam.
Ədəbiyyatın qanunları nədən ibarətdir?
- Düzdür, mən ədəbiyyatçı deyiləm ki, o qədər dərinliklərə gedim. Amma mənimçün ədəbiyyatda bir qanun var, o da sözdür, sözə hörmətdir.
Şeir və qəlb. Qəlbdən gələn misralar. Bu misralar insanın qəlbindən, ürəyindən xəbər verir. Şair bu şeiri ərsəyə gətirəndə bəzən insanlar tərəfindən qınanır və iradlara tuş gəlir. Sizcə, insanın gəlbinə müdaxilə edib onun qəlbindəki hisslərə gülüb, lağ etmək düzgündürmü?
- Doğrusu, mən bu günə kimi belə bir halla rastlaşmamışam. Amma yaşanan hisslərə, məncə, hörmət etmək lazımdır. Bir insanı qınamaq üçün ən azından onun yaşadıqlarını yaşamalısan.
Şeir şairin fikirlərini açıq-aşkar əks etdirirmi?
- Baxır şairə və şeirə. Mən sətiraltı mənalara, ifadələrə üstünlük verirəm.
"Facebook” sosial şəbəkəsində xeyli oxucunuz var. Onların hamısı ilə ünsiyyətdə olmağa vaxt tapısınızmı? Sizə ünvanlanan sualları cavablandırırsınızmı? "Facebook” sosial şəbəkəsində xeyli oxucunuz var.Onların hamısı ilə ünsiyyətdə olmağa vaxt tapırsızmı. Sizə ünvanlanan sualları cavablandıra bilirsiz?
-Ümumiyyətlə insanlarla ünsiyyətdən heç vaxt qaçmamışam. Bu mənim sənətimlə də əlaqədardır. Insanları dinləməyi bacarmaq məncə pis xüsusiyyət deyil. Hər kəsi dinləyirəm və mümkün olduğu qədər də cavablandırmağı borc bilirəm?
Tez-tez şeirlərinizi də paylaşırsınız. Paylaşdığınız şeirlərə çoxlu sayda münasibət bildirilir. Bu, nədən irəli gəlir? Sizcə, onların zövqünü oxşaya bilirsiniz? Oxucu kütləsi tərəfindən şeirləriniz gəbul olunurmu?
- Öncə də qeyd etdim ki, duyğularımı, yaşadıqlarımı qələmə alıram. Əgər bir oxucu burda özünü tapa bilirsə demək ki, doğru anlada bilmişəm, bu sualın cavabını yəqin ki oxucular daha dolğun verə bilər.
Axırıncı şeiriniz kimə həsr olunub?
- Son şeirim "əsmər” adlandırdığım insana. "Əsmər”in kimliyini, məncə, bilməyən də yoxdur. Əsmərə yazılan dualardan biri.
Ulu tanrım.
Bu gecə də
Ötüb gedən gecələrdən biri oldu.
Gedim yatım.
Bəlkə elə gələn sabah
Doğan ümid yeri oldu
-Səmimi söhbətə görə təşəkkürlər......
Leyla Namazova
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi