Səfir Qüdsi Osmanov Moldova mətbuatına Hadrutda keçirilən antiterror əməliyyatından danışıb
19-12-2020 [22:41]
Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Moldovanın aparıcı informasiya agentliklərinə Azərbaycan silahlı qüvvələrinin Dağlıq Qarabağın Hadrut rayonunun kəndlərində keçirilən antiterror əməliyyatından danışıb.
Mia.az xəbər verir ki, səfir Moldova ictimaiyyətinin nəzərinə çatdırıb ki, 26 noyabrda Xocavənd rayonunun Sur kəndində Ermənistanın Azərbaycanın hərbi qüvvələrinə hücumu nəticəsində üç azərbaycanlı əsgər dünyasını dəyişib, ikisi yaralanıb, dekabrın 8-də isə Hadrutda silahlı təxribat təşkil edilib və burada Azərbaycan əsgərləri atəşə tutulub, iki azərbaycanlı yaralanıb, biri öldürülüb.
Bundan əlavə, diplomat qeyd edib ki, ermənilər tərəfindən “Azercell”in avadanlıq quraşdıran işçilərinə də hücum edilib, onlardan biri yaralanıb. Bütün bunların arxasında Ermənistanın qanunsuz hərbi birləşmələrinin dayandığını bildirilib.
Qüdsi Osmanov Ermənistandakı hakimiyyətə müxalif olan bir sıra erməni “Telegram” kanallarında "Qarabağda partizan müharibəsi" çağırışlarının səsləndirildiyini, həmçinin ”partizan” fəaliyyəti üçün ətraflı təlimatının dərc olunduğunu və bütün bunların qeyri adekvat olduğunu vurğulayıb. Bununla yanaşı, Moldova KİV-ri qeyd edir ki, atəşkəs razılaşmasının imzalanmasından sonra Azərbaycan tərəfi erməni silahlı birləşmələrinin geri çəkilməsi üçün hər cür şərait yaradıb, həmçinin Rusiya sülhməramlıları tərəfindən də erməni silahlı birləşmələrinin ərazidən çıxarılması üçün lazımı tədbirlər görülüb. Buna baxmayaraq, onlar bu ərazini tərk etməyib, döyüş mövqeləri yaradıb və son günlərdə bölgədəki azərbaycanlı mülki şəxslərə və hərbi qulluqçulara qarşı terror aktları, təxribat törədiblər.
Səfir qeyd edib ki, Azərbaycanın antiterror əməliyyatı nəticəsində Köhnə Tağlar və Çaylaqqala kəndləri qanunsuz erməni silahlı birləşmələrindən təmizlənib və onlar Azərbaycan silahlı qüvvələrinə təslim olublar, bu ərazilər isə ölkəmizin nəzarəti altındadır.
Sonda diplomat erməni intiqamçılarına Azərbaycan Prezidenti İlham Əliyevin sözlərini xatırlamağı tövsiyə edib: “Əgər Ermənistan faşizmi yenidə baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Buna görə onlar çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlləri planlaşdırmasınlar. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil. Lakin ümid edirəm ki, bu, baş verməyəcək”.
Moldova KİV-də dərc olunan yazılar ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür.
https://ava.md/2020/12/18/azerbaydzhan-provel-antiterroristicheskuyu/
https://deschide.md/ru/russian_news/externe_ru/77306/
https://ava.md/2020/12/18/azerbaydzhan-provel-antiterroristicheskuyu/
https://www.ipn.md/ru/azerbaydzhan-provel-antiterroristicheskuyu-operatsiyu-v-nagornom-karabakhe-7542_1078500.html
https://noi.md/ru/v-mire/azerbajdzhan-provel-antiterroristicheskuyu-operaciyu-v-nagornom-karabahe?q=Азерб
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi