Ceyhun Bayramov Belçikanın Baş naziri ilə müzakirə aparıb - XİN-dən açıqlama
18-12-2020 [17:44]
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığına işçi səfəri çərçivəsində Belçika Krallığının baş nazirinin müavin - Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri xanım Sofi Vilmes ilə görüşüb.
Mia.az XİN-ə istinadla bildirir ki, görüş zamanı Azərbaycan ilə Belçika arasında ikitərəfli əməkdaşlıq münasibətləri, həmçinin Avropa İttifaqı ilə tərəfdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə, enerji sahəsində əməkdaşlıq məsələlərinə diqqət ayrılıb, Cənub Qaz Dəhlizinin artıq fəaliyyətə başlaması, Cənub Qaz Dəhlizi konsorsiumunda, o cümlədən Belçika şirkətinin də təmsil olunması qeyd olunub.
Tərəflər, həmçinin regiondakı son vəziyyəti müzakirə ediblər. Nazir Ceyhun Bayramov Ermənistan tərəfindən cari ilin 27 sentyabr tarixində başladılan təxribat və ona cavab olaraq Azərbaycanın əks hücum əməliyyatları və 44 gün davam edən Vətən müharibəsi barədə qarşı tərəfə məlumat verib. Bu müddət ərzində Ermənistan tərəfindən törədilən hərbi cinayətlər, dinc Azərbaycanlı əhalinin məqsədyönlü şəkildə hədəfə alınması, həmçinin Ermənistan tərəfindən xarici ölkələrdəki döyüşçülərin, muzdluların bölgəyə gətirilməsi ilə bağlı çoxsaylı faktların Azərbaycan tərəfində olması və bu məlumatların artıq aidiyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırılması ilə bağlı məsələlər Belçika nazirinin diqqətinə çatdırılıb.
Ceyhun Bayramov 10 noyabr tarixli üçtərəfli bəyanat, onun icra edilməsi haqqında qarşı tərəfə məlumat verib. Eyni zamanda, münaqişədən sonrakı bərpa və yenidənqurma mərhələsini qeyd edən nazir Ceyhun Bayramov, yeni təhlükəsizlik və əməkdaşlıq çərçivəsinin yaradıldığını və bunun bölgənin inkişafı və rifahı üçün yeni imkanlar açdığını bildirib.
Görüş zamanı, bəzi Avropa ölkələrinin parlamentləri tərəfindən Azərbaycana qarşı birtərəfli və qərəzli qərarların qəbul edilməsi məsələsinə toxunan nazir Ceyhun Bayramov, o cümlədən Belçika Parlamentinin də belə bir qərar qəbul etdiyini təəssüflə qarşı tərəfin diqqətinə çatdırıb. O, Belçika hökumətinin izahatı nəticəsində qəbul olunmuş bu qərara beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə istinadın daxil edilməsinə rəğmən, sənəddə bir sıra həqiqəti əks etdirməyən məqamların yer almasının Azərbaycan ictimaiyyətinin ciddi narahatlığına səbəb olduğunu vurğulayıb.
Xanım Sofi Vilmes, öz növbəsində ölkələr arasında əməkdaşlıq münasibətlərinin inkişafında maraqlı olduğunu qeyd edib. O, Belçikanın ikitərəfli münasibətlərin inkişafında hər zaman beynəlxalq hüquq normalarından çıxış etdiyini bildirib. Münaqişədən sonrakı mərhələdə uzunmüddətli və dayanıqlı sülhün bərqərar olması prosesinə diqqəti cəlb edən xanım Sofi Vilmes, bu prosesdə Belçikanın da məmnunluqla iştirak edə biləcəyini söyləyib.
Görüşdə, tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi