“Azercell"dən mədəni irsimizə qəsd, şirkətə qarşı iddia qaldırıldı

img

02-12-2013 [17:54]



"Azercell Telekom MMC-yə qarşı mədəni irsimizə qəsdlə bağlı iddia qaldırılıb.

 Bu barədə mia.az-a daxil olan məlumata görə, «Azercell» memarlıq abidələrini üzərində texniki qurğular və ötürücü antennalar quraşdırmaqla, onları korlamaqda, onları məhv etməkdə suçlanır:

 «Mobil şirkətinə qarşı iddia "Qəsr - Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq» İctimai Birliyi tərəfindən qaldırılıb. Artıq birliyin iddiasına birinci instansiya məhkəməsində də baxılıb. Lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin çıxardığı qətnamə mübahisəyə son qoymayıb. Artıq  "Azərcell Telekom” MMC-yə qarşı qaldırılmış və «Memarlıq abidəsinin üzərində qurulmuş mobil antenna və ona aid qurğuların cavabdehin hesabına sökülməsi» tələblərlə bağlı şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır».

 Məlumata görə, "Qəsr - Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq» İctimai Birliyi ilə "Azercell Telekom” MMC arasında mədəni irsimizlə bağlı yaranmış mübahisəyə Bakı Apellyasiya Məhkəməsində hakim Kəmalə Abiyeva tərəfindən baxılır: «Hakim Kəmalə Abiyeva iş üzrə dekabr ayının 17-də prosesə baxacaq. Çox böyük ehtimalla həmin günü hakim qərarını elan edəcək».

 Məlumatla bağlı tərəflərdən mövqe öyrənmək mümkün olmayıb. Araşdırmalarımız davam edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA