İlham Əliyev yeni sərəncam imzaladı, DSMF-yə sədr təyin olundu, maaşlar artdı

img

02-12-2013 [17:28]


Bu gün Prezident İlham Əliiyev Dövlət Sosial Müdafiə Fonduna yeni sədr təyinatı ilə bağlı sərəncam imzalayıb. 

Mia.az xəbər verir ki, sərəncama əsasən Elman Lütvü oğlu Mehdiyev Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun sədri təyin edilib.

Xatırladaq ki, Elman Mehdiyev bu vəzifəyə qədər DSMF-də sədr müavini vəzifəsində işləyirdi. 

Mia.az onun tərcümeyi-halını təqdim edir:

Elman Mehdiyev 1971-ci ildə anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirmişdir. 1994-1996-cı illərdə Dövlət vergi xidməti orqanlarında çalışmışdır. 1996-2003-cü illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində idarə rəisinin müavini vəzifəsində işləmişdir. 2003-cü ildən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda şöbə müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 10 iyul 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrinin müavini təyin edilib və Fondun sədri təyin olunan müddətə kimi həmin vəzifədə çalışıb. 2013-cü ildə fondun sədri təyin edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 oktyabr 2007-ci il tarixli sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

 Evlidir, 2 övladı var

****

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, dövlət qulluğunda çalışanların əməkhaqqıları da artırılıb. Artımın miqdarı dövlət qulluğunda işləyənlərin təsnifatına və ixtisas dərəcələrinə əsasən fərqlidir.

Bu barədə hələ rəsmi xəbər yayılmasa da, etibarlı mənbələr AzVision.az-a verdikləri açıqlamada məlumatı təsdiqləyiblər. Tezliklə rəsmi informasiyanın da veriləcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA