Cavid Qurbanovun babasının heykəlini sökdülər

img

02-12-2013 [16:52]


"Azəryolservis” ASC-nin sədri  Cavid Qurbanovun babası, Azərbaycanın məşhur aşıqlarından biri olan Dədə Şəmşirin Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki heykəli sökülüb.

 

Mia.az xəbər verir ki, bu məlumatı yerli sakinlər "Axar.az”a bildiriblər. Cəmi bir neçə ay əvvəl ucaldılan və təmtəraqla açılışı keçirilən bir heykəlin sökülməsi xəbərini öyrənmək üçün olay yerinə yollandıq.

 

Sakinlərlə söhbətdən məlum olub ki, bu heykəl təxminən 3 ay bundan qabaq sökülüb. Belə ki, Cavid Qurbanov küçənin girəcəyindəki zibilliyi abadlaşdırıb, çox da hündür olmayan barı ilə əhatələyib, gül kolları əkilib, yaşıllıq salınıb. Sakinlərin istirahət etməsi üçün skamyalar qoyulub. Postamentin üstündə aşığın tuncdan tökülmüş büstü və yanında da Şəmşir bulağı qurulub, həmçinin Aşıq Şəmşirin şeirlərindən parçalar yazılıbmış.

 

Sakinlər heykəlin sökülməsinin səbəbini bilmədiklərini də dedilər.

 

Binəqədi rayon icra hakimiyyəti ilə əlaqə yaratma cəhdlərimiz isə növbəti dəfə alınmadı.    


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA