“İctimai bilik akademiyası” layihəsinə start verilib

img

02-12-2013 [16:25]


"Gənc Mühasiblər” İctimai Birliyi gənclərin ictimai aktivliyinin artırılması, könüllülük prinsiplərinin gənclərə aşılanması, vətəndaş cəmiyyətində onların iştirakına şərait yaratmaq məqsədilə "İctimai bilik akademiyası” layihəsinin icrasına başlamışdır. Təşkilat komitəsi tərəfindən ümumilikdə 300 nəfərdən çox gəncin müraciət etdiyi layihəyə 20 nəfər gənc seçilmişdir. Layihə çərçivəsində ilk təlim 01 dekabr 2013-cü il tarixində həyata keçirilmişdir. Tələt Qurbanbəyov tərəfindən "Motivasiya” mövzusunda aparılan təlimdə gənclərə motivasiya, onun sirrləri aşılanmışdır. Təlimlərin davamı olaraq digər mövzularda, o cümlədən ictimai sfera tarixi (Təşkilatlar və istiqamətləri), komanda işi, layihə yazılışı və idarə edilməsi, liderlik, səlis-nitq master klassları, ictimai davranış mövzularında təlimlər keçiriləcəkdir.

Təlimləri uğurla bitirmiş gənclər "Gənc Mühasiblər” İctimai Birliyi tərəfindən sertifikatlarla mükafatlandırılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA