Nazirin yeznəsi Vasif Talıbovun qohumunu işdən çıxardı

img

02-12-2013 [13:37]



Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov özünün birinci müavini Qəzənfər Novruzovu tutduğu vəzifədən azad edilməsini aşıqlayıb.

Mia.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə icra başçısının özü 7-ci mikrorayon Fərman Məlikov küçəsindəki "Xeyir-şər evi”ndə sakinlərlə keçirdiyi səyyar görüşdə məlumat verib. 

Qəzənfər Novruzovun işdə yol verdiyi nöqsanlara görə vəzifədən çıxarıldığını deyən Xaləddin İsgəndərov birinci müavininin buraxdığı səhvlər barədə ətraflı məlumat verməyib. 

Qeyd edək ki, bu görüşdə icra başçısı ilə yanaşı, İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 136 nəfər mikrorayon sakini iştirak edib.

Görüşdə sakinlər 7-ci mikrorayonda gedən abadlıq və quruculuq işlərinə görə minnətdarlıqlarını bildirməklə yanaşı, onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını da xahiş ediblər.

Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Mia.az xəbər verir ki, Qəzənfər Novruzov Naxçıvan MR Alı Məclisinin sədri Vasif Talıbovun yaxın qohumudur. Onun qardaşı, Naxçıvan şəhər polis idarəsinin rəisi və daxili işlər nazirinin müavini Səbuhi Novruzov Talıbovun yeznəsidir.

Xaləddin İsgəndərovsa vergilər naziri Fazil Məmmədovun bacısının həyat yoldaşıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA