Daha 42 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verilib
15-12-2020 [15:19]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 13 rayonda (o cümlədən Saatlı, Salyan, İsmayıllı, Xaçmaz, Bərdə, Beyləqan, Ağcabədi, Zaqatala, Yevlax, Şəmkir, Göygöl, Ağsu, Şamaxı) 42 fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə
təqdim edilib.
Nazirlikdən Mia.az-a verilən məlumata görə, Saatlı rayonunda evlərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, rayonun İcra Hakimiyyəti başçısının müavini Gündüz Səmədli iştirak ediblər.
Şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri torpaqlarımızın erməni faşizminin işğalından azad edilməsinə, həmin torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanmasına görə fərəh içində olduqlarını qeyd ediblər. Onlar bu möhtəşəm qələbəni xalqımıza bəxş edən Prezident İlham Əliyevlə, şanlı Silahlı Qüvvələrimizlə fəxr etdiklərini bildiriblər. Şanlı tarix yazan Azərbaycan Ordusunun rəşadəti ilə, dəmir yumruğa çevilən sarsılmaz birliyimizlə sonsuz iftixar hissi keçirdiklərini vurğulayıblar.
A.Kərimov şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə xüsusi diqqət və qayğı göstərilməsinin Prezident İlham Əliyevin uğurlu sosial siyasətində mühüm yer tutduğunu bildirib.
Qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, ölkədə bütün sosial proqramlar ildən-ilə genişlənir. Eyni zamanda, bu kateqoriyadan olan vətəndaşların mənzil və fərdi evlə təmin edilməsi istiqamətində işlər getdikcə geniş miqyas alır. Bu il də rekord səviyyədə olmaqla azı 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulub, onlardan artıq 1100-dən çoxu verilib. Ümumilikdə ötən dövrdə 9000-ə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib.
Nazir müavini şəhid ailələri və müharibə əlillərinin sosial təminatının yaxşılaşdırılması üçün digər istiqamətlərdə atılan mühüm addımları da diqqətə çatdırıb.
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri onlara göstərilən yüksək qayğıdan razılıqla bəhs edib, bu gün yeni fərdi evlərlə təmin edildiklərinə görə dövlət başçımıza dərin minnətdarlıqlarını ifadə ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi