Bakıya sulu qar yağacaq

img

02-12-2013 [13:26]



Sabah günün ikinci yarısından etirabrən hava şəraiti dəyişəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 3-də Bakı və Abşeron yarımadasında hava şəraitinin günün birinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyinin arabir güclənəcəyi, axşama doğru şiddətlənəcəyi proqnozlaşdırılır. Axşam havanın yağıntılı olacağı, gecəyə doğru bəzi ərazilərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var. Havanın temperaturunun gecə 6-9, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 3-də səhər havanın qərb rayonlarından başlayaraq yağıntılı olacağı, axşam sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi, ayrı-ayrı rayonlarda şiddətlənəcəyi gözlənilir. Havanın temperaturunun gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA