Nəcməddin Sadıkovla Rövşən Əkbərov haqda müəmmalar... - İki general haradadır?
15-12-2020 [10:31]
Son aylar yerli media və sosial şəbəkələrdə Nəcməddin Sadıkovun vəzifədən kənarlaşdırılması və həbsi barədə məlumatlar dolaşır. Vətən müharibəsi başlayandan digər general Rövşən Əkbərovun da adı döyüşlərdə iştirakçı kimi hallanmayıb.
On illərlə Azərbaycan Ordusunun rəhbərliyində olan 2 yüksək rütbəli zabitin harada olması bu gün naməlumdur. Ordu korpusu komandiri, general-leytenant Rövşən Əkbərov ordudan uzaqlaşdırıldığını gizlətmir, amma harada olduğunu da açıqlamır.
“Hazırda ordu ilə heç bir əlaqəm yoxdur. Başqa işlə məşğulam. Ona görə də nəsə danışmayacağam”- o, yerli mətbuata açıqlamasında bildirib. Belə ehtimallar var ki, Rövşən Əkbərov müharibədən bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılıb. Onun hazırda Ukraynada olması haqda iddialar var.
1993-cü ildən Müdafiə Nazirliyinin baş qərargah rəisi olan Nəcməddin Sadıkov da Vətən müharibəsinin ilk ongünlüyünə qədər vəzfəsini icra edirdi. Oktyabrın 4-də mətbuatda Azərbaycan Ordusunun rəhbərliyi döyüş tapşırıqlarının icrasını planlaşdırması və təşkil etməsi haqda xəbər yayıldı. Həmin xəbərə əlavə olunan fotolardan birində Nəcməddin Sadıkov gözlərini obyektivə zilləmiş şəkildə tuş gəlmişdi.
Oktyabrın 10-da isə Nəcməddin Sadıkov barəsində olan və Müdafiə Nazirliyinin saytında yer alan məlumat bölümü yoxa çıxdı. Elə həmin gündən Nəcməddin Sadıkovun barəsində də məlumat yoxdur.
İki gün əvvəl Nəcməddin Sadıkovun bacısı oğlu, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Ramil Əsgərov vəzifəsindən azad olunub. Maraqlıdır ki, Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun bacısı oğlunun tutuduğu vəzifədən azad edilməsi haqda məlumatı təsdiq edir, amma onun özü taleyi ilə bağlı açıqlama verməyə tələsmir. Vəzifəsindən çıxarılan Ramil Əsgərovun da istintaqa cəlb ediləcəyi dolaşan xəbərlər sırasındadır.
Nəcməddin Sadıkov vəzifədə olduğu illərdə Azərbaycan dilini bilməməsi, biabırçı şəkildə danışması daim tənqid olunub. Onun tikinti biznesi, beton zavodu və digər biznes seqmentlərində payının olması haqda xəbərlər var. Nəcməddin Sadıkovun Rusiya ilə əlaqələri, Rusiya ərazisində yerləşən Şeyx Şamil adına fondun onu “Milli Qəhrəman” adına layiq görməsi, Dərbəddə adına küçənin olması baş qərargah rəisi vəzifəsində olduğu müddətdə daha çox şimal qonşumuza xidmət etməsi kimi qəbul olunub.
Onun NATO tədbirlərindən birində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş general-polkovnik Mikael Arutyunyanla olduqca səmimi fotosu da diqqət çəkib. 2017-ci ildə Nəcməddin Sadıkovun Mikael Arutyunyanla görüşü birmənalı qarşılanmamışdı. Bu həmin Arutyunyandır ki, 1-ci Qarabağ müharibəsi dövründə azəbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilib. Belə bir keçmişə malik düşmən generalı ilə Nəcməddin Sadıkovun xoş ünsiyyəti haradan qaynaqlanır?
Digər bir diqqətçəkən məqam da Nəcməddin Sadıkovun yerli mətbuatın tənqidinə məruz qaldığı illərdə onu daha çox yerli rusdilli medianın, Ramiz Mehdiyevin ruporlarından hesab edilən mətbuatın müdafiə etməsi olub. Nəcməddin Sadıkovun 1-ci Qarabağ savaşı dövründə Rusiyadan Azərbaycana gəlməsini xüsusilə qeyd edən həmin media bu faktı onun Rusiyaya bağlılığını təkzib edən məqam kimi təqdim edirdi.
Yəni Sadıkov Rusiyadan vətənpərvərlik nümunəsi göstərərək Azərbaycana gəlib, Qarabağ savaşına qatılıb və belə bir şəxs Rusiyanın maraqlaırndan çıxış edə bilməz. Əslində isə bu, gülünc bir əsas hesab edilə bilər. Sadıkov o dövrdə ölkəyə qayıdan vətənpərvər zabitlərin sırasına qatılıb gəlsə də, onun Kəlbəcərin verilməsində müstəsna rolu olması da uzun illər müzakirə mövzusu olub.
Bu yaxınlarda Cümşüd Nuriyev Laf.Tv-yə açıqlamasında bu məsələni növbəti dəfə qaldıraraq Nəcməddin Sadıkovu satqın adlandırmışdı. Sadıkovun Rusiyadan gəlməsi və qısa müddətdə Azərbaycan Ordusu rəhbərliyində vəzifə alması təsadüfi olub? Onun rəhbərliyi altında o dövrdə olan uğurlar Sadıkovun yüksək vəzifəyə təyinatına görə baş tutmayıb ki?
Yəni onun personasına diqqət çəkmək üçün, vəzifə yüksəlişi üçün səmimi münasibət sərgilədiyi Mikael Arutyunyanla danışılmış uğur olmayıb ki? Onun məhz 2-ci Qarabağ savaşının qızğın getdiyi günlərdə vəzifədən çıxarılması nədən xəbər verir?
Bu və bu cür çoxsaylı suallar var ki, bu gün də cavablandırılmayıb. Nəcməddin Sadıkov isə 2 aydan artıqdır ki, ortalıqda yoxdur. Hələlik Müdafiə Nazirliyindən 2 generalla bağlı iddialara dair heç bir rəsmi açıqlama verilmir.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi