Yol Polisindən texniki baxışla bağlı sürücülərə daha bir - Xəbərdarlıq
14-12-2020 [16:39]
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə və avtomobil sahiblərinə daha bir xəbərdarlıq edilib. Belə ki, bu il texniki baxışdan keçirilməsi nəzərdə tutulan nəqliyyat vasitələrinin təxminən 45 faizi hələ də bu prosesə cəlb edilməyib.
İdarədən Mia.az-a verilən məlumata görə, bəzi sürücülərin səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində texniki baxışdan keçirilməyən nəqliyyat vasitələri idarə edildiyi halda xüsusi texniki vasitələr tərəfindən aşkarlanır və 50 manat məbləğində cərimə edilir: "Bu gündən etibarən yenidən sərt karantin dövrü başladığı üçün sürücülərin avtomobili texniki baxışa necə cəlb edəcəyi məsəsələsi gündəmə gəlir".
Bildirilib ki, karantin dövründə SMS icazə ilə evdən çıxmaq mümkündür və hər kəs 3 saat müddətində avtomobilini texniki baxışdan keçirə bilər:
"Əgər sürücü avtomobili texniki cəhətdən saz vəziyyətə gətiribsə, texniki baxışdan keçirmək prosesi maksimum 15-20 dəqiqə vaxt aparır. Nazirlər Kabinetinin 8 dekabr tarixli 488 nömrəli Qərarına əsasən, vətəndaşlar sərt karantin dövründə dövlət xidmətlərindən istifadə edərkən hər hansı gecikmə halları yaranarsa, o zaman həmin vətəndaşa bununla bağlı arayış veriləcək. Bu arayış təqdim edildiyi təqdirdə heç kim yolda karantin qaydasını pozduğuna görə cərimə edilməyəcək. Yəni, bu xidmətlərdən istifadə etmiş vətəndaş hər hansı səbəbdən ləngiyərsə, o halda ona geriyə, yaşayış yerinə qayıtmasını müəyyən edən müvafiq arayış veriləcək”.
N.Piriyev əlavə edib ki, xüsusi texniki vasitələr işləyir və nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etdikdə cərimə tətbiq ediləcək:
“Əgər texniki baxışla bağlı SMS gəlibsə, o zaman çalışıb 20 gün ərzində avtomobili texniki baxışdan keçirsinlər. Maşından istifadə edirlərsə, düşünürəm ki, 3 saatlıq harasa gedəndə texniki baxışa da vaxt ayırmaq olar. Nəzər almaq lazımdır ki, yolda xidmət edən əməkdaş kimisə nəzərə alsa belə, kameralar heç kimi nəzər almır və qayda pozulduğu halda cərimə yazılacaq”.
Şöbə rəisi sonda onu da əlavə edib ki, hazırda Zabratda və Qaradağ rayonu ərazisində texniki baxış məntəqələri hər gün fasiləsiz fəaliyyət göstərir. Növbə də yoxdur deyə rahat şəkildə hər bir şəxs avtomobilini texniki baxışa təqdim edə bilər:
"Bu il ilk dəfə texniki baxışa cəlb olunan avtomobillər 2015-ci ildə istehsal olunan avtomobillər olacaq. Bir daha qeyd edirik ki, texniki baxış vaxtı avtomobilin nə vaxt alınması ilə deyil, nə vaxt istehsal olunması ilə hesablanır.
Bundan əlavə, 2013, 2011, 2009-cu ildə istehsal olunan avtomobillərin də texniki baxış vaxtı bu ildir.
İstisna hallar da var. Bu da onunla bağlıdır ki, yeni qaydalara görə, hər bir nəqliyyat vasitəsi ötən il hansı ayda texniki baxışdan keçirilibsə bu il həmin ayın həmin günündə texniki baxış müddədi bitir. Qanunla, həmin maşının texniki baxışdan keçirilməsinə əlavə olaraq 20 gün vaxt verilir.
Texniki baxışla bağlı bütün bilgiləri əldə etmək üçün Asanpay.az saytında elektron kabinet yaratmaqla SMS məlumat əldə etmək və texniki baxışın tarixçəsinə nəzarət etmək mümkündür".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi