Gülər Əhmədova İlham Əliyevə müraciət etdi: “Mən dələduz deyiləm”

img

02-12-2013 [12:58]


Sabiq deputat Gülər Əhmədovanın işi üzrə növbəti məhkəmə prosesi keçirilir. Gülər Əhmədova məhkəmədə prezident İlham Əliyevə müraciət edib.

"Cənab prezident, mən dələduz deyiləm. Mən sizin indiyə qədər bildiyiniz adamam. Bir insan bir saatın içində dəyişə bilməz. Mən həmişə Heydər Əliyev kursuna sadiq olmuşam. Sizdən xahiş edirəm və əminəm ki, bəzi həqiqətlərin üzə çıxması üçün zaman lazımdır. Evimdə azyaşlı övladım, ailəmdə xəstə birinin olmasını və səhhətimi nəzərə alaraq mənə rəhm etmənizi xahiş edirəm".

Qeyd edək ki, bu gün saat 15:00-da sabiq millət vəkili Gülər Əhmədovaya hökm oxunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA