Rusiyalı politoloq: "Bu, rus sülhməramlılarının Qarabağdakı legitimliyini zərbə altına qoya bilər”
14-12-2020 [14:58]
“Neytrallıq prinsipinin pozulması Rusiya sülhməramlılarının bu regiondakı fəaliyyətinin legitimliyini zərbə altına qoya bilər”.
Bunu Rusiya Sülhməramlı Qüvvələrinin Dağlıq Qarabağda nəzarət etdiyi ərazilərin xəritəsinin dəyişdirilməsinə münasibət bildirən Rusiya Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, tanınmış politoloq Sergey Markov bildirib.
O, Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına böyük diqqət ayırdığını söyləyib: “Rusiyanın bu münaqişənin nizamlanmasında müsbət rolu var. Rusiya Azərbaycan və Ermənistana müharibəni bitirməyə və sülh razılaşmasına çıxmağa imkan verdi. Vladimir Putin Rusiya sülhməramlı qüvvələrinə mandatlarına uyğun olaraq hərəkət etmək əmrini verib. Bu, Rusiya sülhməramlılarının dəqiq neytral mövqe tutması və yalnız hər iki ölkə ilə - Azərbaycan və Ermənistanla razılaşdırılmış şəkildə fəaliyyət göstərməsi deməkdir. Bu prinsipin hər cür pozulması Rusiya sülhməramlılarının bu regiondakı fəaliyyətinin legitimliyini zərbə altına qoya bilər. Ona görə də, bu prinsiplərdən hər hansı yayınma Prezident Vladimir Putinin sülhməramlılara verdiyi əmrin pozulması anlamına gəlir”.
Rusiyalı siyasi ekspert Qarabağdakı sülhməramlıların erməni tərəfinin mövqeyinə daha çox qulaq asmasının mümkünlüyünü də vurğulayıb: “Düşünürəm ki, bir sıra Rusiya sülhməramlısı ənənəvi olaraq Ermənistanla, mümkündür ki, Ermənistanın Müdafiə Nazirliyi ilə, Dağlıq Qarabağ ərazisindəki erməni silahlı birləşmələri ilə təmasdadırlar. Ola bilsin ki, Rusiya sülhməramlıları daha çox erməni tərəfinin səsinə qulaq asırlar. Ona görə ki, Rusiya sülhməramlıları daha çox onlarla təmasdadırlar. Düşünürəm ki, Azərbaycan ictimaiyyətinin haqlı qəzəbinin, narahatlığının ciddi əsasları var və bu qəzəb Rusiya tərəfindən heç bir halda diqqətdən kənarda qalmamalıdır, qalmayacaq da...”.
S. Markov Azərbaycan tərəfi ilə Rusiya sülhməramlı qüvvələri arasında sıx təmasın yaradılmasının vacib olduğunu qeyd edib: “Fikrimcə, bu vəziyyətdən çıxış yolu Rusiya sülhməramlılarının legitimliyini şübhə altına qoymaq deyil, Azərbaycan tərəfi ilə sülhməramlıların sıx təmasını, kommunikasiya kanalını qurmaqdır. Düşünürəm ki, Rusiya sülhməramlıları eyni vaxtda Azərbaycan və Ermənistanın razılıq verdiyi qərarlara müvafiq fəaliyyət göstərəcəklər. Əgər ziddiyyətli vəziyyət yaranarsa, o zaman bu, danışıqlar masasında həll olunmalıdır. Ümumilikdə, fikrimcə, Qarabağda hazırda sülhməramlıların nəzarətində və Azərbaycanın nəzarətində olduğu ərazilərin xətti dəqiq qeyd olunmalıdır. Orada mübahisələr ola bilər. Bu mübahisələr bir qədər zaman da ala bilər. Burada qorxulu bir şey yoxdur. Belə şeylər hər zaman olur. Rusiya bütün Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dəqiq tanıyır. Hesab edirəm ki, yaxın vaxtlarda hansı mərhələdə və nə vaxt Azərbaycan administrasiyasının tamamilə bütün Dağlıq Qarabağ ərazisində qanun-qaydaya nəzarət etməsi ilə bağlı danışıqlar başlayacaq”/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi