Zakir Qaralov Şirvanda vətəndaşaları qəbul edəcək

img

02-12-2013 [12:47]


Baş prokuror Zakir Qaralov Şirvan şəhərində vətəndaşaları qəbul edəcək. MIA-nın Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 13-ü saat 11:00-da Şirvan rayon Prokurorluğunun inzibati binasında olacaq. Qəbulda Şirvan şəhəri, Hacıqabul, Salyan, Saatlı və Sabirabad rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Şirvan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA