Azərbaycanın Moldovadakı Səfirliyində Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma tədbiri keçirilib - FOTOLAR
13-12-2020 [14:49]
Dekabrın 12-i Azərbaycanın Moldovadakı Səfirliyində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma tədbiri keçirilib.
Bu barədə səfirlikdən Mia.az-a verilə məlumata görə, ilk öncə Səfirliyə yığılan soydaşlarımız Ulu öndərin Səfirliyin binasında ucaldılmış büstü önünə gül dəstələri qoyublar, tədbirdə ümummilli liderin həyat və fəaliyyəti barədə fikirlər söylənilib, onun Azərbaycan xalqının tarixində misilsiz xidmətləri vurğulanıb.
Səfir Qüdsi Osmanov nitqində qeyd edib ki, bu gün Heydər Əliyev yanımızda olmasada, lakin onun xalqımıza qoyduğu fikirləri, azərbaycançılıq fəlsəfəsi, ideologiyası və əsas şah əsəri olan müstəqil, müasir Azərbaycan yaşayır, inkişaf edir və daim yaşayacaqdır. Qüdsi Osmanov vurğulayıb ki, bu gün Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin uğurlu uzaqgörən siyasəti və güclü iradəsi nəticəsində Ümummilli liderin ən böyük arzusu gərçəkləşibdir-Azərbaycan torpağlarını işğaldan azad edib, ölkəmizin ərazi büyövlüyü bərpa olunub, şanlı Azərbaycan bayrağı isə Şuşada, Qarabağda dalğalanır. Diplomat qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin adı Azərbayacanın tarixininə qızıl hərflərlə yazılıb, onun əziz xatirəsi isə azərbaycan xalqının qəlbində əbədi qalacaqdır.
Moldovada nüfuzlu və tanınmış azərbaycanlı iş adamı, Moldova Azərbaycan diasporunun ağsaqqalı Firuz İsayev çıxışında Ulu Öndərin azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söz açıb. O qeyd edib ki, Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıları daim diqqət mərkəzində saxlayır, onlara xüsusi qayğı və münasibət göstərirdi, yaşadığı yerdən asılı olmayaraq azərbaycanlıları tarixi vətənləri olan Azərbaycanı, milli mənsubiyətlərini unutmamağa, həmrək olmağa çağırırdı.
Moldova Azərbaycan Konqresinin fəalı və Konqresin qurucularından biri olan Maarif Rəhimov da ümummilli lider Heydər Əliyev barədə fikirləri ilə bölüşüb. O qeyd edib ki, Ulu Öndər xalqımızın özünə, öz gücünə, qüdrətinə inamını bərpa etmişdi, çünki özü xalqının gücünə və qüdrətinə inanırdı, həyatının mənasını isə doğma vətəninə xidmətdə görürdü. M.Rəhimov hər bir azərbaycanlı üçün Heydər Əliyevin həyat və fəaliyyətinin, onun Vətəninə və xalqına bağlılığının ən gözəl nümunə olduğunu bildirib.
Moldova Parlamentinin deputatı, Parlamentdə fraksiya rəhbəri Dmitri Dyakov çıxışında görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbayacan dövlətçiliyinin qorunmasında əvəzsiz rolundan danışıb, Moldova Azərbaycan münasibətlərinə verdiyi töhfəni xüsusi vurğulayıb. O qeyd edib ki, həm Sovet dövründə, həm müstəqillik dövründə Heydər Əliyev Moldovaya səmimilik, dostluq və qardaşlıq münasibətləri nümayiş etdirib. Deputat Ulu Öndərin Moldovaya bir neçə dəfə rəsmi səfər etdiyini, Heydər Əliyevin dövlətlərimiz və xalqlarımız arasında dostluq münasibətlərinin qurulmasının banisi olduğunu bildirib.
Tədbir yerli KİV nümayəndələri tərəfindən geniş işiqlandırılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi