Hacıbala Abutalıbov oğlundan danışdı: "Bunu yazan..."

img

02-12-2013 [00:59]



Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Hökumət Evinin qarşısında, Azadlıq Meydanının altında dövlət vəsaiti hesabına inşa edilmiş və bu yaxınlarda istifadəyə verilmiş iki min yerlik yeraltı dayanacağı oğluna arendaya verməsi barədə məlumatlara münasibət bildirib.

Mia.az SİA-ya istinadən xəbər verir ki, Bakı meri H.Abutalıbov mətbuatda dərc olunanlar iftira sayıb: "Bunu yazan jurnalist və bunu dərc edən mətbu orqan məsələyə qərəzli yanaşıb. Bütün bunlar cəfəngiyatdan başqa bir şey deyil. Dövlətin vəsaiti hesabına tikilən və Bakı sakinlərinin istifadəsinə verilən dayanacaqlar Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansındadır və həmin struktur tərəfindən idarə edilir, yığılan vəsaitlər bank vasitəsilə dövlətin hesabına köçürülür”.

Xatırladaq ki, bəzi mətbu orqanlarda Bakıda tikilmiş yeraltı dayanacaqların idarə olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumat dərc edilib. Xəbərin məğzi bundan ibarətdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Hökumət Evinin qarşısında, Azadlıq Meydanının altında dövlət vəsaiti hesabına inşa edilmiş və bu yaxınlarda istifadəyə verilmiş iki min yerlik yeraltı dayanacağı oğluna arendaya verib. Məlumatda həmçinin Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun da açıqlaması yer alırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA