İranda Azərbaycan bayrağına sayğısızlıq: Ceyhun Bayramov bayrağın qırış olmasına görə önündə dayanıb... - Politoloqdan şərh
12-12-2020 [13:40]
Son illərdə Azərbaycan rəsmilərinin İrana səfərlərində tez-tez bayraq qalmaqalı yaşayırıq. Sonuncu belə hadisə xarici işlər naziri Ceyhun Bayramovun qonşu ölkəyə səfəri zamanı baş verdi. Əvvəlki illərdə bir neçə dəfə şahidi olduğumuz hadisə yenidən təkrarlandı. Nazirimiz iranlı həmkarı ilə görüşü zamanı Azərbaycan bayrağının qırış olduğunu görərək, bayrağın yanında deyil önündə dayanaraq foto çəkdirib. Bu da medianın diqqətindən qaçmayıb.
Hətta belə fikirlər də dolaşır ki, Azərbaycan bayrağı ümumiyyətlə asılmayıb, C.Bayramovun sərt etirazlarından sonra tələm-tələsik qırış bayraq gətirib asıblar. Bütün bunlar da haqlı olaraq, ölkə ictimaiyyətində ciddi narazılıqla qarşılanıb, sosial şəbəkələrin əsas müzakirə mövzularından birinə çevrilib. Belə təkliflər var ki, bundan sonra İran səfər edən rəsmilərimiz özləri ilə üçrəngli bayrağımızı da aparsınlar.
Qeyd edək ki, Cavad Zərif Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında Bəxtiyar Vahabzadənin şerindən bir parça söyləməsindən də narahat olub. Bunun İranın torpaq bütövlüyünə yönəldiyini iddia edib. Sanki Türk dünyasının lideri hansısa şeri söyləmək üçün bundan icazə almalıymış...
Politoloq Elçin Mirzəbəyli İranda bayrağımıza edilən hörmətsizliklə bağlı musavat.com-a deyib: “Allah Mirzə Ələkbər Sabirə rəhmət eləsin, zamanında çox gözəl yazıb: “Ağladıqca kişi qeyrətsiz olur. Necə ki, ağladı İran oldu”. Bu iki misranın dövlət bayrağımıza münasibətlə bağlı konkret hadisələrə aidiyyəti olmasa da, İranın siyasi hakimiyyətinin daxilindəki bəzi ultramillətçi, panfarsist, panariist dairələrin mahiyyətini əks etdirir. Belələri üzdə qətlə yetirilən günahsız müsəlmanlar üçün göz yaşları tökdüklərini nümayiş etdirir, arxada isə ultraradikal millətçi təfəkkürlə elə həmin müsəlmanları qətlə yetirənlərə, soyqırımına məruz qoyanlara dəstək verirlər. Bu adamların təfəkkürü hələ də Firdovsinin şeirlərindəki əfsanə və nağıllardan sıyrılıb çıxa bilməyib və bu səbəbdən də, hələ də 1 qəpik dəyəri və heç bir perspektivi olmayan paniranizm geosiyasi konsepsiyasının arxasınca sürünməyə davam edirlər.
İran İslam Respublikasında keçirilən müxtəlif səviyyəli görüşlərdə Azərbaycan bayrağına olan münasibət, çox güman ki, bu ölkənin müxtəlif dövlət strukturlarındakı paniranistlərin xəbis, cılız, miskin xislətindən qaynaqlanır. Bu məsələdə, Azərbaycan diplomatlarının da müəyyən qədər məsuliyyət daşıdığını düşünürəm. İranda bilmirəm, amma bütün sivil dövlətlərdə belə məsələlərlə protokola cavabdeh olan qurumlar, yaxud şəxslər məşğul olurlar.
Nəzərə alsaq ki, Azərbaycan bayrağı ilə bağlı təxribata və sayğısızlığa yol verilməsi faktı ilk dəfə deyil ki, baş verir, o zaman Tehrandakı səfirliyimiz bu məsələ ilə bağlı daim həssaslıq nümayiş etdirməli, ən azı belə görüşlərdən öncə vəziyyəti dəyərləndirməli və çevik reaksiya verməlidir. Hesab edirəm ki, Azərbaycan diplomatları, yüksək vəzifəli məmurları İranda keçirilən görüşlərə Azərbaycan bayrağı və fars dilində onun necə asılmasını anladan, nümayiş etdirən materiallar aparmalı və təqdim etməlidirlər. Adətən Azərbaycan bayrağının yaşıl zolağının yuxarıda olmasını dini amillərlə əlaqələndirirlər. Bu da təbii ki, absurd və gülünc yanaşmadır. Bayrağın əzik bir şəkildə asılması isə sayğısızlıq kimi də qəbul edilə bilər. Ola bilsin ki, bəziləri bunu qəsdən etmirlər, səviyyələri, dünyagörüşləri bu qədərdir. Yəni belə hallarda hər faktla bağlı özünə görə dəyərləndirmə aparmaq lazımdır”.
Musavat.com
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi