01-12-2013 [16:25]
DYP əməkdaşları ilə kobud rəftar edən sürücü onlara tabe olmayaraq bildirib ki, heç kim ona "heç nə edə bilməz”.
Bu zaman tərəflər arasında mübahisə yaranıb. Məlum olub ki, həmin şəxs Yevlax Rayon Yaşıllaşdırma İdarəsinin rəisi Etibar Əliyevin oğlu olub. Onun DYP əməkdaşları ilə mübahisə etdiyini görən Yevlax Rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanov hadisə yerinə yaxınlaşıb və məsələyə müdaxilə edib. İcra başçısının müavini DYP əməkdaşlarından sürücünün buraxılmasını tələb edərək onların ünvanına nalayiq ifadələr işlədib.
Bundan sonra mübahisə daha da böyüyüb. "Bu rayonda heç kim mənim bir sözümü iki edə bilməz. Dostumun oğlunu buraxın”, deyən N.Süleymanovun Yevlax Rayon Polis Şöbəsinin rəisinin ünvanına təhqirlər yağdırdığı iddia olunur.
İcra başçısı müavinin bu hərəkətləri barədə dərhal polis rəisinə məlumat verilib. Rəis hadisə yerinə doqquz polis nəfəri göndərib. Polislərə tabe olmaq istəməsələr də, icra başçısının müavini və E.Əliyevin oğlu Yevlax Rayon Polis Şöbəsinə aparılıb.
Məlumata görə, altı saat şöbədə saxlanılan icra başçısının müavininə "səlahiyyətləri başa salınıb” və rayonda bir sözünün necə iki olduğu göstərilib.
Məsələ böyüyüb və Bakıdan gələn müdaxilədən sonra N.Süleymanov sərbəst buraxılsa da, dünən axşam saatlarında E.Əliyevin oğlunun hələ də polis şöbəsində olduğu və sənədlərinin məhkəməyə göndərilmək üçün hazırlandığı bildirilirdi.
"Yeni Müsavat” bu olayla bağlı bəzi təfərrüatlar əldə edib. Aldığımız məlumatlarda bildirilir ki, E.Əliyevin avtoxuliqanlıq edən oğlunun 18 yaşı var. Bahalı model 10 BC 111 dövlət nömrə nişanlı maşında gəzən məmur oğlunun avtomobili DYP əməkdaşları tərəfindən saxlanılmazdan öncə iki maşın əzib. Polislərlə mübahisə zamanı isə E.Əliyevin oğlunun onların üzərinə hücum etdiyi, DYP əməkdaşlarını vurduğu, hətta bu zərbədən polislərdən birinin dişinin sındığı bildirilir.
E.Əliyevin oğlu polislərə Yevlaxın keçmiş icra başçısı, indi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı postunu tutan Elmar Vəliyevin adamı olduqlarını deyib və DYP əməkdaşlarını Gəncənin rəhbəri ilə hədələyib.
Xatırladaq ki, elə bir neçə gün əvvəl gecə saatlarında Zağulbadakı prezident iqamətgahının yaxınlığında avtoşluq edən bir qrup motosikletçinin saxlanıldığını yazmışdıq. Həmin xəbərdə hətta prezidentin gecə saatlarında yuxudan oyanmasına səbəb olan hərəkətlərə yol verdiklərinə görə saxlanılanlar arasında gənclər və idman naziri Azad Rəhimovun oğlu ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin bacısı oğlunun da olduğu bildirilirdi.
O yazı dərc edildikdən bir gün sonra bir nəfər redaksiyamıza zəng edərək belə bir hadisənin baş verdiyini təsdiqlədi. Özünü iş adamı kimi təqdim edən şəxs bildirdi ki, gecə saatlarında prezident iqamətgahının yaxınlığında motosikletlə saxlanılanlardan olub: "Orda saxlanılanlar mən və dostlarıım olub. Mən iş adamıyam, yanımdakılar isə dostlarım idi. Biz 13 nəfər idik, amma avtoşluq etmirdik. Bizim yanımızda nazir oğlu və nazir qohumu olmayıb”.
Göründüyü kimi, bizim müxtəlif mənbələrdən aldığımız bu xəbər orada iştirak edənlər tərəfindən təsdiqləndi. A.Rəhimovun oğlu ilə Ə.Qarayevin bacısı oğlunun orada olmaması barədə iddialar isə başadüşüləndir. Həmin şəxsin bunu təkzib etmək üçün "vəzifələndirildiyi” aşkar bilinir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi