Ərdoğan: "Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açıla bilər" - "İlham Əliyev Makronun planlarını alt-üst etdi"
11-12-2020 [13:31]
"Qarabağdakı qələbə Türkiyə-Azərbaycan əlaqələrinin tarixində bir dönüş nöqtəsidir”.
NTV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərdən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.
“Bir millət, iki dövlət” prinsipi Azərbaycanla münasibətlərimizin təməl fəlsəfəsidir. Bu birlik və bərabərlik Qarabağın azad olunması ilə müküfatlanıb”, - Türkiyə lideri vurğulayıb/Report.
O bildirib ki, Qarabağ Zəfəri ilə Qafqazın tarixində yeni bir səhifə açılıb: "İnanıram ki, bölgədə yeni bir tarixi istiqamət formalaşacaq".
Ərdoğan deyib ki, hazırda regionun 6 ölkəsinin əməkdaşlığını nəzərdə tutan platforma üzərində iş gedir: "Bu, hamının qazanmasına imkan verən bir təşəbbüsdür. Ermənistan bu prosesə qatılıb müsbət addımlar atarsa, Türkiyə-Ermənistan münasibətlərində yeni səhifə açıla bilər".
R.T.Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin Fransa ilə bağlı mövqeyinə də diqqət çəkib: “Cənab İlham Əliyev mövqeyi ilə Fransa prezidenti Emmanuel Makronun planlarını alt-üst etdi. Makron, bəlkə də, Azərbaycan-Fransa münasibətlərinə son qoyacaq. Bu, siyasi savadsızlıqdır”.
Ərdoğan daha sonra Rusiya sülhməramlı qüvvələri ilə bağlı açıqlama veribb: “Bildiyiniz kimi, bizim onsuz da Azərbaycanla hərbi təhsil-təlimlə bağlı anlaşmamız var. Anlaşma parlament tərəfindən qəbul olunub. Bu anlaşma aramızdakı həmrəyliyi çox daha fərqli bir platformaya daşıyacaq. Bununla bağlı məsələni Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etdim. Onsuz da azərbaycanlı hərbçilər daha əvvəl Türkiyəyə gəlib təhsil-təlim alıblar və yenə alacaqlar. Bizim aramızda kəşfiyyat və s. digər sahələrdə əməkdaşlıq var. Yəni, inşallah, Azərbaycan Türkiyəsiz olmayacaq və bu həmrəyliyimiz hər sahədə davam edəcək. Azərbaycanla siyasi, hərbi, iqtisadi, mədəni, diplomatiya, hər sahədə bu əməkdaşlığı davam etdirəcəyik”.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi