Mikayıl Cabbarov bir qrup təhsil işçisini qovdu, Təhsil Nazirliyində daha bir qalmaqal

img

30-11-2013 [13:09]



Təhsil naziri Milkayıl Cabbarovun əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılan struktur dəyişikliyi bir qrup əməkdaşın işdən çıxarılması ilə nəticələnib.

 Mia.az AzNews.az-a istinadən xəbər verir ki, struktur dəyişikliyi ilə əlaqədar bütün əməkdaşlara öz xahişlərinə əsasən işdən çıxmaqla bağlı ərizə yazdırılıb. 

Daha sonra əməkdaşlardan işlə təmin olunmaqla bağlı daha bir ərizə alınsa da, 12 əməkdaşın ərizəsi təmin edilməyib. Onlar işdən azad ediliblər. Bu əməkdaşlar arasında Strateji təhlil və kadrlarla iş, eləcə də Ümumtəhsil sektorunun əməkdaşları olub. İşdən çıxarılanlar arasında dövlət qulluğunda işə qəbulla bağlı imtahanı uğurla verərək, idarədə işlə təmin edilən iki əməkdaş da var. Məlumata görə, məsələ ilə bağlı artıq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət edilib.

Məsələ ilə əlaqədar Bakı Şəhəri üzr Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Arzu Tarıquliyevaya sorğu ilə müraciət ediltsə də, gün ərzində cavab verilməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA