Ekspert: "Ermənistanın əvvəlki səhvləri təkrarlamayacağına inam azdır"
09-12-2020 [13:14]
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun ABŞ-da yayımlanan “Eurasia Review” nəşrində “Ermənistanda hakimiyyət çəkişmələri xarici siyasət haqqında nə deyir?” başlıqlı məqaləsi yayımlanıb.
Məqalədə Vətən müharibəsində ağır məğlubiyyətə düçar olmuş Ermənistanda dərin siyasi böhranın başladığı və bu böhran fonunda ölkənin son 30 il ərzindəki xarici siyasətinə aid bəzi nüansların ortaya çıxdığı qeyd olunur.
V.Hüseynov bildirir ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan tərəfindən açıqlanmış bəzi məqamlar xüsusilə diqqət cəlb edir. Belə ki, Köçəryan bəyan edib ki, 2020-ci ilin iyul ayında Tovuzda törədilmiş qarşıdurma məhz Ermənistanın təxribatı nəticəsində baş verib. “Qeyd etmək lazımdır ki, Köçəryana qədər Ermənistan hakim dairələri bu faktı ardıcıl şəkildə inkar edib və Tovuz hadisələrində Azərbaycanı günahlandırırdılar. Köçəryan müharibə ilə bağlı da bəzi məqamlara aydınlıq gətirərək bildirir ki, Nikol Paşinyanın xarici siyasətdə etdiyi səhvlər və təxribatlar müharibənin baş verməsində xüsusi rol oynadı və onu qaçınılmaz etdi”,- deyə müəllif yazır.
V.Hüseynov bildirir ki, N.Paşinyanın R.Köçəryana cavablarında isə 2018-ci ildəki hakimiyyət dəyişikliyindən öncəki erməni liderlərinin səhvlərinə diqqət çəkilir: “O, xalqa müraciətində etiraf edib ki, beynəlxalq ictimaiyyət həmişə Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. N.Paşinyan bu nəticənin hasil olmasında əvvəlki Ermənistan liderlərini günahlandırır”.
Sonda Vasif Hüseynov bildirib ki, Ermənistanda hazırda aparılan siyasi debatlar bunu göstərir ki, məğlubiyyət şokuna baxmayaraq, ermənilərin əvvəlki səhvləri təkrarlamayacağına inam azdır. Məsələn, müxalifət tərəfindən baş nazirliyə namizəd kimi təqdim olunmuş Vazgen Manukyan hakimiyyətə gələcəyi təqdirdə istənilən anti-Türkiyə ittifaqında yer alacağını bəyan edir. “Ermənistanda bu siyasi təfəkkürün qaldığı müddətdə bölgədə sülhün və təhlükəsizliyin bərqərar olması çətindir”,- V.Hüseynov əlavə edir./Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi