"Etibar Məmmədovun Akif Muradverdiyevin həbsində əli olması cəfəngiyyatdır"

img

29-11-2013 [15:29]


"AMİP lideri Etibar Məmmədovun guya ki, Akif Muradverdiyevin həbsində əli olması, yaxuda da hansısa sövdələşməyə getməsi ilə bağlı yazılanlar cəfəngiyyatdır".

Bunu "MİA”-ya açıqlamasında AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov "bildirib. AMİP funksioneri daha sonra bunları deyib " Çox təəssüflər ki, AMİP və onun lideri Etibar Məmmədov barədə haqqı olmayanlar danışır. Hansılar ki, onların bir çoxları qaranlıq keçmişləriİ, şübhəli əməlləri və min cür hoqqabazlıqları ilə tanınırlar. Onların içərsində, hətta, ermənilərdən aldığı qəpik-qruşa hər şeyini satmağa hazır olan satqınlar da var.” Əli Orucovun fikrincə AMİP-ə və lderinə qarşı aparılan kampaniya bir mərkəzdən idarə olunur : "Etibar Məmmədov aktiv siyasətdən getməsinə baxmayaraq, görünən o ki, hələ çoxlarını Etibar Məmmədov xofu ciddi narahat edir. Bu narahatçılıq həmin kəsləri məcbur edir ki, 3-5 qəpiklik müzdlu mirzələr vasitəsi ilə ağıllarına gələn hədyanlar və böhtanlar uydursunlar. Doğrudan da, qorxu və xof insanda necə də alçaq vərdişlər və hisslər yaradırmış. E.Məmmədov çağdaş Azərbaycan tarixinə elə şərəfli tarix yazıb, elə ad qoyub ki, buna ləkə salmağa cəhd etmək belə mümkün deyil”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA