29-11-2013 [13:29]
Yeni Azərbaycan Partiyası ( YAP ) Rüstəm İbrahimbəyovun Milli Şura sədrliyindən istefa verməsinə münasibət bildirib.
Partiyanın icra katibinin müavini Mübariz Qurbanlı azvision.az-a verdiyi açıqlamada Milli Şuranın kağız üzərində yaradılan bir qurum olduğunu deyərək R.İbrahimbəyovun istefasına da qiymət verib: "Seçkidən öncə də demişdim ki, Milli Şura ətrafında toplaşanlar Xalq Cəbhəsi və Müsavat partiyalarının birliyini göstərən bir qurumdur. Hamıya bəllidir ki, Xalq Cəbhəsi və Müsavat siyasi səhnədə bir-birinə güzəştə getmirlər. Biri digərinin liderlərini qəbul etməyən qurumlardır və sosial dayağı da çox zəifdir. Tərəfdarları da kifayət qədər deyil. Olduqca az adam onları müdafiə edir”.
Milli Şuranı süquta uğramış hesab edən YAP nümayəndəsi quruma kimin sədrlik etməsinin əhəmiyyəti olmadığını deyib: "Rüstəm İbrahimbəyov Mili Şuraya müvəqqəti olaraq gətirilib, siyasi prosesdə istifadə olunan şəxs idi. Görünür ki, onun bu siyasi müddətdə istifadəsi başa çatdı. İndi yenə də onlar təzə bir sədr seçmək istəyirlər. Kimi gətirib sədr seçirlər-seçsinlər fərqi yoxdur. Milli Şura süni bir qurumdur və perspektivi yoxdur”.
Milli Şuranının "ömrü”nün nə qədər olacağına gəlincə, M. Qurbanlı bildirib ki, qurum bir müddətdən sonra sıradan çıxacaq: "Milli Şura kağız üzərində qala bilər, yalandan toplantılar da keçirə bilərlər, amma əsas odur ki, cəmiyyətdə Milli Şura deyilən quruma etimad, cəmiyyət tərəfindən dəstək, sosial dayağı yoxdur. Ona görə də onlar nə istəsələr, nə desələr yalnız özləri deyib, özləri eşidəcəklər. Çünki Milli Şura prespektivi olmayan, Azərbaycan siyasi prosesinə təsir etməyən , kağız üzərində qurum kimi qalacaq. Onun da nə qədər yaşayacağını deyə bilmərəm. Onu bilirəm ki, bir müddət qalıb, sonra əvvəlki müxalifətin qolları kimi sıradan çıxacaq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi