"Azərbaycan Dəmir Yolları"nın fəhləsindən Prezidentə müraciət: "Ağır yaralı qazi oğlumun müalicəsi üçün maddi imkanımız yoxdur..."
08-12-2020 [10:42]
Göyçay rayonu Müskürlü kənd sakini Məmmədov Ramazan Əvəz oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.
Mia.az-a daxil olan müraciəti olduğu kimi təqdim ediirk:
"Hörmətli Prezident!
Hörmətli Mehriban xanım!
Bu ərizəmdə yazıb Sizə bildirirəm ki, mənim oğlum 04.07.1997-ci il tarixdə anadan olmuş Rüstəm Məmmədov Azərbaycan Respublikası Prezidentinin 21.09.2020-ci il tarixli sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsi tərəfindən 21.09.2020-ci il tarixdə səfərbərliyə cəlb edilərək hərbi hissəyə aparılmışdır.
Oğlum Rüstəm vətən müharibəsində şücaət, qəhrəmanlıq göstərmişdir.
2 noyabr 2020-ci il tarixdə Suqovşanda gedən döyüşlərdə ağır yaralanmışdır. Ayağı bir neçə yerdən sınmış, başından və bədəninin müxtəlif yerindən qəlpə yaraları almışdır. Yevlax rayon Xəstəxanasında müalicə olunmuş, sonra hərbi hissə komandiri tərəfindən məzuniyyətə buraxılmışdır. Hazırda ayağı gipisdə, dəmir konstruksiyadadır. Hələ sağalmayıb, sol nahiyədə görmə və eşitmə qabiliyyəti yoxdur. Özüm Azərbaycan Dəmir Yolları QSC-nin Ucar ərazisində dəmir yolunda fəhlə işləyirəm. Övladlarımın böyüyü Rüstəmdir digər 3 övladım azyaşlıdırlar.
Acınacaqlı yoxsul vəziyyətdə yaşayırıq, heç bir yerdən maddi köməyimiz yoxdur. Yaşadığımız Müskürlü kəndindən Göyçay rayon Xəstəxanasına 20 km məsafədir. Hər gün oğlumu ora aparıb-gətirməyə belə maddi imkanım yoxdur.
Evimiz qəzalı vəziyyətdədir ki, hər an uça bilər.Göyçar Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadə bir dəfədə olsun Vətən müharibəsi qazisi olan ağır yaralı oğlumla maraqlanmayıb. Hansı ki, oğlum Rüstəmin qazi olmasından onun xəbəri var.
Bəli, sevincimizin həddi-hüdudu yoxdur.Çünki Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandanı cənab İlham Əliyevin uğurlu siyasəti, qətiyyəti nəticəsində 30 illik həsrətə son qoyuldu. Azərbaycanın şanlı ordusu qələbə çaldı erməni vəhşilərdən torpaqlarımız azad etdi. Bütün bu qəhrəmanlıqların başında hörmətli Prezidentimiz Ali Baş Komandanımız cənab İlham Əliyev dayanır.
Bizim ailə ancaq İlham Əliyevə inanırıq, ona güvənirik. Ağır yaralı qazi oğlum Rüstəmin müalicəsi üçün maddi imkanımız yoxdur. Həmçinin Rüstəm hərbi xidmətdə ağır yaralanıb əmək qabiliyyətinin 90 % hissəsini itirdiyi üçün ona əlillik dərəcəsi təyin edilməldir. Buna isə bizim savadımız, təcrübəmiz yoxdur ki, Rüstəmin xəstəlik sənədlərini toplayıb lazımi orqana təqdim edək ki, ona əlillik dərəcəsi təyin edilsin.
Buna görə Sizdən xahiş edirəm Vətən müharibəsi qazisi Məmmədov Rüstəm Ramazan oğlunun müalicəsinə və əlillik dərəcəsi almasına köməklik göstərəsiniz. Bizim inam və güvənc yerimiz tək Prezidentimiz Ali Baş Komandanımız cənab İlham Əliyev və Mehriban xanım Əliyevadır..Allah Prezidentimizi və Mehriban xanımı qorusun, Qarabağ Azərbaycandır !
Əlaqə telefonu; (050) 733-94-39"
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi