Lavrovdan erməni nazirlə görüşdə Qarabağla bağlı növbəti mesajlar: "İndi müvafiq sənədlər hazırlanır”
07-12-2020 [16:27]
“Azərbaycan və Ermənistanın Qarabağdakı humanitar yardım mərkəzinin işinə cəlb olunması lazımdır. İndi bunun üçün müvafiq sənədlər hazırlanır”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ara Ayvazyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, qaçqınların qayıtmasına yardım dayanıqlı xarakter almağa başlayıb: “İnsanlar bu prosesdə daha çox əminlik hiss edirlər. Biz bu əhval ruhiyyəni hər cür möhkəmləndirəcəyik. Buna humanitar yardım mərkəzinin Azərbaycan və Ermənistanın iştirakı ilə beynəlxalq mərkəzə çevrilməsi ilə bağlı hazırda aparılan danışıqlar yardım edəcək. Müvafiq strukturların xətti ilə hazırda müvafiq sənədlər müzakirə olunur”.
Lavrov bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri son illər ərzində çox böyük iş görüblər:
"Ümumilikdə münaqişənin baza prinsiplərini hazırlayıb tərəflərlə razılaşdırıblar. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr tarixli birgə üçtərəfli bəyanatının əsasında da bu baza prinsipləri dayanır. Azərbaycana 5, daha sonra iki rayonun verilməsini, sülhməramlı qüvvələrin yerləşdirilməsini, Qarabağla Ermənistan arasında Laçın dəhlizinin yaradılmasını və nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasını nəzərdə tuturam. Bütün bunlar üçtərəfli bəyanatda əksini tapıb və maksimal dərəcədə effektli şəkildə həyata keçirilməsinə başlanılıb”.
Onun sözlərinə görə, bu proses həmsədrlərin münaqişə tərəfləri ilə razılaşdığı qaydada gedir: “Hesab edirik ki, indi üçtərəfli bəyanata hərtərəfli dəstəyi təmin etmək başlıca məsələdir. Ötən həftə ATƏT XİN başçılarının virtual iclasında üç həmsədr ölkənin XİN başçıları 10 noyabr tarixli üçtərəfli bəyanatı alqışladılar və bu bəyanatın reallaşdırılmasını dəstəklədiklərini bildirdilər. Fikrimcə, bu prosesə beynəlxalq təşkilatların cəlb olunmasında həmsədrlər öz nüfuzlarından istifadə edə bilərlər”.
Rusiya XİN başçısı BMT sistemində olan təşkilatların Qarabağda gözlənilən fəaliyyətindən danışıb: “Onlar Azərbaycan və Ermənistanda fəaliyyət göstəriblər. Lakin Qarabağda olmayıblar. Ona görə də indi BMT baş katibi qiymətləndirici missiyanı hazırlayır. Təəssüflər olsun ki, bu, bir az vaxt alacaq, bürokratiya məsələləri var. Qiymətləndirici missiya hazırlanır. Həmin missiyanın haradasa dekabrın ortalarında regiona göndərməyi ümid edirlər”.
Sergey Lavrov erməni KİV nümayəndəsinin təxribatçı “Rusiya sülhməramlılarının Dağlıq Qarabağın yerli hakimiyyəti ilə əməkdaşlığını necə qiymətləndirirsiniz” sualına isə belə cavab verib: “Rusiya sülhməramlıları yerli əhali ilə fəal əməkdaşlıq edir. Qaçqınların qaytarılması prosesinə sülhməramlıların həmin ərazilərə gəlməsinin ilk dəqiqəsindən başlanılıb. Bu proses artıq dayanıqlı xarakter almağa başlayıb”/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi