Almaniya, Böyük Britaniya və Fransadan İrana - Xəbərdarlıq
07-12-2020 [16:08]
Almaniya, Böyük Britaniya və Fransa Tehrana xəbərdarlıq edib.
Fransa Xarici İşlər Nazirliyinin verdiyi xəbərə görə, İranın nüvə proqramını genişləndirəcəyi və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İrandakı monitorinq fəaliyyətini məhdudlaşdıracağı ilə bağlı bəyanata cavab olaraq Almaniya, Britaniya və Fransa Xarici İşlər nazirliklərinin sözçüləri birgə bəyanat yayıblar.
"Biz, Almaniya, Britaniya və Fransa hökumətləri Hərtərəfli Birgə Fəaliyyət Planını qorumaq üçün yorulmadan çalışmışıq. Bu, çoxtərəfli diplomatiyanın və nüvə silahının qlobal yayılmamasının əsas nailiyyətidir. Bu razılaşmanın İranın nüvə proqramının müstəsna dinc təbiətinə, eləcə də beynəlxalq sülhə və təhlükəsizliyə inam yaratmağa töhfə verəcəyinə ümid edərək inamla danışıqlar apardıq. İranın nüvə proqramını monitorinq etmək və məhdudlaşdırmaq üçün bu razılaşma ən yaxşı və hazırda yeganə yol olaraq qalır", - deyə birgə bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, İranın Natanzdakı Yanacaq Zənginləşdirmə Zavodunda əlavə inkişaf etmiş üç sentrifuqa kaskadı qurmaq niyyətində olduğunu BAEA-ya bildirməsi Hərtərəfli Birgə Fəaliyyət Planına ziddir və çox narahatedicidir: "İran Parlamentinin qəbul etdiyi və tətbiq olunacağı təqdirdə İranın nüvə proqramını əhəmiyyətli dərəcədə genişləndirəcək və BAEA-nin monitorinq girişini məhdudlaşdıran qanunu böyük narahatlıqla qeydə aldıq. Bu tədbirlər razılaşmaya və İranın daha geniş nüvə öhdəliklərinə ziddir. İran diplomatiya sahəsində əldə olunan imkanları qorumaq məsələsində ciddidirsə, bu addımları həyata keçirməməlidir. Belə bir addım Hərtərəfli Birgə Fəaliyyət Planını qorumaq üçün ortaq səylərimizi təhlükə altında qoyacaq və eyni zamanda, ABŞ-ın yeni rəhbərliyi ilə danışıqlara qayıtmaq üçün vacib fürsəti pozmaq riskinə malikdir. Bu razılaşmaya əməl etmək İran üçün də faydalı olardı"/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi