Prezident İlham Əliyev daha 8 sərəncam imzaladı: MTN, Silahlı Qüvvələr, Özəlləşdirmə, Orden, Cinayət...

img

28-11-2013 [22:10]


Prezident İlham Əliyev bu gün daha 8 ayrı-ayrı sərəncam imzalayıb. Sərəncamlar müxtəlif sahələri əhatə edir.

Mia.az həmin sərəncamları olduğu kimi təqdim edir:

****

"Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 800-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 800-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

****

"Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu 


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu "Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 580; 2002, № 10, maddə 586; 2005, № 5, maddə 391, № 6, maddə 464; 2006, №5, maddə 389, № 6, maddə 478, № 12, maddə 1005; 2007, № 8, maddə 745) 6.2.3-cü maddəsində "Azərbaycan xalqının tarix və mədəniyyət abidələri” sözlərindən əvvəl "Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət əmlakı, o cümlədən” sözləri əlavə edilsin.

****

"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununu "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli 445-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:


"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 58; 2010, № 3, maddə 178, № 4, maddə 276; 2011, № 12, maddə 1104) 17.3-cü maddəsində "əlavə məlumat” sözlərindən sonra ", həmçinin "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əsaslandırılmış yazılı sorğular əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarını” sözləri əlavə edilsin.

****

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2008-ci il 16 may tarixli 605-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 739-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti: "Azərbaycan Respublikasının dövlət təltiflərinin hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyun tarixli 2855 nömrəli Sərəncamının icrasını "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2008-ci il 16 may tarixli 605-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 739-IVQD nömrəli Qanununa uyğun olaraq təmin edilsin.

Həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

***

Prezidentin digər sərəncamı isə Milli Təhlükəsizlik Nazırliyi ilə bağlı olub. 

Mia.az həmin sərəncamları da olduğu kimi təqdim edir:

"Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2008-ci il 2 dekabr tarixli 726-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 740-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2008-ci il 2 dekabr tarixli 726-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 740-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1. "Azərbaycan Respublikasının dövlət təltiflərinin hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyun tarixli 2855 nömrəli Sərəncamının icrasını "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2008-ci il 2 dekabr tarixli 726-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 740-IVQD nömrəli Qanununa uyğun olaraq təmin etsin;
2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

***

"Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2008-ci il 2 dekabr tarixli 726-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının 2008-ci il 2 dekabr tarixli 726-IIIQ nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 1, maddə 4) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalının təsviri”ndə:
1.1. birinci hissədə "lövhədən” sözü "xara lentdən” sözləri ilə əvəz edilsin;
1.2. ikinci hissədə "35 mm” sözləri "36 mm” sözləri ilə əvəz edilsin;
1.3. dördüncü hissədə "həkk” sözündən əvvəl ", medalın seriyası və nömrəsi” sözləri əlavə edilsin;
1.4. beşinci hissə aşağıdakı redaksiyada verilsin:
"Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lent yeddi şaquli zolağa bölünmüşdür. Xara lentin mərkəzində yerləşdirilmiş və üçdə iki hissəsini təşkil edən tünd göy zolaq aşağıdan yuxarı sol künc tərəfə doğru şaquli istiqamətdə nisbətən açıq göy rəngə dəyişir. Lentin qalan üçdə bir hissəsinin yarısı sol, yarısı isə sağ tərəfdə yerləşir və hər ikisi çəhrayı rənglidir. Çəhrayı rəngli zolaqların hər birinin mərkəzdəki zolağa yaxın hissəsində şaquli gümüşü rəngli nazik zolaq təsvir edilmişdir. Xara lentin alt və üst hissələrinə 40 mm x 5 mm ölçüdə təbəqələr bərkidilmişdir, alt təbəqənin üzərində şaquli nazik gümüşü rəngli xətlər istiqamətlənir.”;
1.5. altıncı hissədə "27 mm x 9 mm” sözləri "37 mm x 10 mm” sözləri ilə əvəz edilsin.
2. Həmin Qanuna əlavə edilmiş "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalının eskizi bu Qanuna əlavə olunmuş yeni eskizi ilə əvəz edilsin.

***

Bu sərəncamlarla bərabər, prezident İlham Əliyev cinayət yolu ilə əldə edilən vəsaitlərlə bağlı da sərəncam imzalayıb. Sərəncami təqdim edirik:

"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 755-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 755-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

"Azərbaycan Respublikasının "İstiqlal” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 754 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 722-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının "İstiqlal” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 754 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 722-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1. "Azərbaycan Respublikasının dövlət təltiflərinin hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyun tarixli 2855 nömrəli Sərəncamının icrasını "Azərbaycan Respublikasının "İstiqlal” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 754 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 722-IVQD nömrəli Qanununa uyğun olaraq təmin etsin;
2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA