Müdafiə naziri və Baş Qərargah rəsisi Hərbi Dəniz Qüvvələrinin yeni bazasında - Fotolar

img

28-11-2013 [18:45]


Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Hərbi Dəniz Qüvvələrinin yeni bazasında olublar.

 Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, generallar Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı və tapşırığına əsasən yaradılan hərbi bazanın ərazisindəki vəziyyətlə və inşası davam etdirilən obyektlərdəki işlərlə tanış olublar.

Müdafiə naziri hərbi-dəniz bazasındakı qərargah binası, yataqxana, tibb məntəqəsi, yeməkxana və məişət kompleksi, zabitlərin və onların ailələrinin yaşaması üçün yaşayış binalarındakı tikinti-tamamlama işlərinin yekunlaşdırılması, o cümlədən aparılan digər inşaat işlərinin sürətlə davam etdirilməsi ilə əlaqədar tapşırıqlar verib.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA