SOCAR qazilərə yardım edir - FOTOLAR
07-12-2020 [14:04]
Sentyabrın 27-də əks-hücum həmlələri ilə başlayan II Qarabağ müharibəsi hər zaman bir olan Azərbaycan xalqını bir az da birləşdirdi. Daim yardımsevər və qonaqsevər xalqımız igid Ordumuzun Qarabağın azadlığı uğrunda başladığı savaşda daha da möhkəmləndirdi.
Müharibənin ilk günlərində Vətənin minlərlə igid oğullarının könüllü olaraq orduya yazılması, xalqımızın ölkədə və dünyada tüğyan edən koronavirus pandemiyasına baxmayaraq, onları izdihamla və böyük çoşqu ilə yola salınması hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi yaradırdı.
Yolboyu Ordumuzun avtomobil karvalarının keçdiyi ərazilərdən insanların hərbçilərimizə sovqat paylaması, kimin əlində nəyi varsa – kəndlinin bağında yetişən meyvəsini və ən kasıbının adi su alıb Vətəni və Vətən uğrunda döyüşə gedən əsgəri üçün fəda etməsini gülər üzlə və fəxarətlə izləməmək mümkün deyildi. İnsanların maşın-maşın müzəffər Ordumuza isti paltar, corab və papaq göndərmələri isə insanların necə də fədakar və mübariz olduqıarənə bir daha üzə çıxardı.
Hər şey Vətən üçün...
Bu hər zaman belə olub. Çünki, bu millət hər zaman bütövləşməyi və böyük olmağı bacarıb. Elə məhz bu amillər də Azərbaycanın müzəffər Ordu, qalib dövlət olmasına səbəb oldu. Məhz Azərbaycan xalqının bu səxavəti torpaqlarımızın erməni işğalından azad olunmasına başlıca səbəb oldu.
Bu, geniş ürəkli sıravi insanların, sadə vətəndaşlarının etdikləri idi. Amma əsas sözü təbii ki, Dövlət deyirdi. Dövlət bütün diqqətini II Qarabağ Müharibəsinə yönəltdi. Bu gün Azərbaycan Ordusu dünyanın ən son innovativ və müasir hərbi texnikası, silah-sürsatına malik olduğunu bütün dünyaya sübut etdi. Bütün dünyaya Azərbaycan oğullarının necə döyüşkən ruhlu olduğunu isbat etdi.

Bütün bunlarla yanaşı, Ordumuza maddi yardımlar edənlər, maddi dəstək duranlar da oldu. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna bu il noyabrın 2-dək 198 013 034,48 manat, 10 996 105,84 ABŞ dolları, 165 596,19 avro, 495 521,33 türk lirəsi, 1 294,72 ingilis funt sterlinqi və 5 062 550 rubl vəsait daxil olub.
Qeyd edək ki, oktyabrın 1-dən noyabrın 2-dək Silahlı Qüvvələrə Yardım Fonduna 77 906 626,24 manat, 10 777 425,16 ABŞ dolları, 147 255,19 avro və 5 057 550 rubl vəsait daxil olub.
Ordumuza dəstək kampaniyalarına Azərbaycan neftçiləri də qoşulub. Daha doğrusu, Orduya yardım edilməsindən Azərbaycanın igid neftçiləri də heç kəsdən geri qalmadılar. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 500-ə yaxın əməkdaşı da Qarabağın azad edilməsi üçün səfərbər oldu və Qarabağ uğrunda döyüşməkə yanaşı, Azərbaycan neftçiləri bu günlərdə arxa cəbhədə Azərbaycanın Silahlı Qüvvələrinə dayaq olmaqla bərabər, həm də ölkəmizdə elan edilmiş hərbi səfərbərlik çərçivəsində milli ordumuzun sıralarında Vətənə xidmət etdilər.
SOCAR qazilərinə yardım edir
Azərbaycan Prezidentinin tarixi missiyası uğrunda sıx birləşən SOCAR işçiləri, şirkət tərəfindən köçürülən ianədən əlavə olaraq, öz əməkhaqlarından da fərdi ianələrin köçürülməsi üçün şirkət rəhbərliyinə müraciətlər ediblər. SOCAR işçilərinin könüllü fərdi ianələri nəticəsində toplanan 5 milyona yaxın məbləğ də SOCAR tərəfindən Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülüb.

SOCAR-ın törəmə şirkəti olan “Caspian Drilling Company” (CDC) işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna 17 milyon manat məbləğində vəsait köçürüb.
Bundan başqa, SOCAR İkinci Qarabağ müharibəsində şəhid olmuş əməkdaşlarının ailələrinə minimum əmək haqqının 40 misli həcmində yardımlar verib. Müharibədə əlil olmuş işçilərə isə SOCAR üzrə minimum əmək haqqının 20 misli həcmində birdəfəlik yardımlar edilib. Böyük Qələbənin əldə olunması üçün bir çox neftçi qəhrəmancasına şəhid olub.
“Azəriqaz” şəhid ailələri və qazilərin müraciətini təmin edir
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi də öz imkanları daxilində Vətən müharibəsində yaralanan Qazilərimiz və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan əsgərlərimizin ailələrinin müraciətlərini yerinə yetirməyə çalışır. Bu müraciətlər isə həm sosial şəbəkələr üzərindən, həm də məktub yazışmaları ilə edilir.

Təkcə, son 20 gün ərzində qaz çəkilişlərinə dair bir neçə müraciət yerinə yetirilib, bu barədə hazırlanan video çarxlar sosial şəbəkə İstehsalat Birliyinin ünvanlarında yayımlanıb.
Belə ki, Astara rayonundan olan əsgər Vüqar Əmrayev sosial şəbəkə üzərindən video çəkərək paylaşıb. “Azəriqaz” əməkdaşları tərəfindən onun ailəsinə baş çəkilib və tək yaşayan atasının qaz təchizarı bərpa olunub.
Bundan başqa, sosial şəbəkədə hərbçi Fariz Babayevin, ailəsi Bakı şəhərinin Xəzər rayonunda yaşayan digər bir hərbiçinin də müraciətlərinə baxılaraq yerinə yetirilib. Şabran rayonunun Uzunboyad kəndində şəhid Samir Abbasov, Sincanboyad kəndində şəhid Nurlan Nurməmmədov, Bakının Sabunçu rayonunda şəhid Bəhruz Əliyev və şəhid Əmrullah Əliyevin ailələrinin müraciətləri də dərhal icra edilərək qaz çəkilişləri həyata keçirilib.

Bundan başqa, Goranboy rayonunda hərbçilər Elşən Qurbanov, Qazaxda yataqxanada yaşayan qazi Kənan Musayevin müraciətləri də təmin edilib.
P.S. Sonda bir etiraf da edək. Bilirik və çox gözəl anlayırıq ki, Azərbaycan xalqının, hər birimizin bir fərd olaraq Azərbaycan Ordusuna göstərdiyimiz yardım, hərbçilərimizə etdiyimiz dəstək, bu igidlərin ayrı-ayrılıqda bizim üçün etdiklərinin yanında bir zərrədir. Bu cür yardım və dəstəklə onların bizə etdiyinin qarşılığını ödəyə və borclarını qaytara bilmərik. Çünki, bu igidlər Azərbaycana və Azərbaycan xalqına 30 il həsrətində olduğu Qarabağ torpağını və Azərbaycanın bütövlüyünü qaytardılar. Şəhidlərimizə rəhmət, qazilərimizə can-sağlığı arzu edirik. Qarabağ Azərbaycandır!/Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi