Səlim Müslümovdan daha bir təyinat, nazir 3 rayonun şöbə müdirini qovdu (yenilənib)

img

28-11-2013 [16:54]


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr islahatı həyata keçirilib. Nazir Səlim Müslümovun müvafiq əmrinə əsasən, Oktay İbrahimov Aparat rəhbərinin müavini təyin olunub. 

O.İbrahimov uzun müddət "Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Potensialının Gücləndirilməsi" layihəsinə rəhbərlik edib. 4-5 ay bundan öncə isə DSMF-dəki işindən kanarlaşdırılıb. O. İbrahimovun DSMF-nin keçmiş aparat rəhbəri, hazırda ƏƏSMN-nin aparat rəhbəri olan Əjdər Ola yaxın adam hesab olunur. 

Qeyd edək ki, bu S.Müslümovun vaxtilə işdən çıxardığı şəxsi vəzifəyə gətirməsi ilə bağlı ikinci faktdır. Belə ki, bu ayın əvvəlində Müslümov bu ilin may ayında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinin direktoru vəzifəsindən azad etdiyi Çingiz Əliyevi Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi təyin edib. Ç.Əliyev də hazırda ƏƏSMN-nin aparat rəhbəri olan Əjdər Ola yaxın adam hesab edilir. İstər C.Əliyevin, istərsə də O.İbrahimovun işdə yol verdiyi qüsurlara görə vaxtilə Fondda tutduqları vəzifədən alındığı iddia olunur.

*** 

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov 3 rayonun şöbə müdirlərini vəzifədən kənarlaşdırıb. MIA-nın AzNews.az-a istinadən məlumatına görə, kənarlaşdırılanlar nazirliyin Nizami rayon şöbəsinin müdiri Musa Ağamalıyev, Nəsimi rayon şöbəsinin müdiri Natiq Heydərov və Xətai rayon şöbə müdiri Cavanşir İsgəndərovdur.

Nazirlikdən əldə etdiyimiz məlumata görə, isə bu şəxslər barəsində rəsmi əmr yoxdur, lakin onların ərizələri artıq alınıb.

Nazirliyin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri İlham Məmmədov AzNews.az-a açıqlamasında xəbəri nə təsdiq, nə də təkzib etdi: "İş saatı bitdiyindən, bu barədə heç bir məlumat verə bilməyəcəyik. Qaynar xəttə zəng edin”.

Qaynar xətt isə cavab vermədi.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA