Könüllülər üçün xüsusi təklif! - Azercell “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü ilə yeni güzəşt təqdim edir
05-12-2020 [12:42]
“Azercell Telekom” MMC Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsilə əlaqədar öz xüsusi töhfəsini hazırlayıb.
Bu barədə şirkətdən Mia.az-a verilən məlumata görə, Azərbaycanın lider mobil operatoru “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü ilə könüllülərin daha sərfəli şərtlərlə danışmasına və böyük həcmdə internetdən istifadəsinə imkan verəcək güzəşt təqdim edib.
Qeyd olunan bu xüsusi təklif könüllü fəaliyyət növü ilə məşğul olan insanların gördüyü xeyirxah işin dəstəklənməsi məqsədini daşıyır.
Xüsusi təklifə əsasən könüllülərə hər ay 600 dəqiqə tarifdaxili danışıq vaxtı, 6GB həcmində internet trafiki təqdim olunur. Eyni zamanda, Azercell-in Zvuk, ivi, Bookmate, Busuu kimi rəqəmsal tətbiqlərindən istifadə üçün 6GB həcmində əlavə internet də nəzərdə tutulub. Bütün bunlarla yanaşı, bu güzəştdən yararlanan könüllülər sosial şəbəkələrdə (WhatsApp, Facebook Messenger, Viber, Telegram və Twitter) pulsuz çatdan da yararlana bilərlər. Xüsusi təklifin aylıq abunə haqqı 6,30 AZN təşkil edir.
Bu xüsusi təklif Azərbaycanda könüllü fəaliyyəti ilə məşğul olan bütün Azercell Fakturasız xətt abunəçiləri üçün nəzərdə tutulub. Güzəştdən yararlanmaq üçün RİİB-in http://www.riib.az rəsmi internet səhifəsində qeydiyyatdan keçmək lazımdır, qoşulma qaydası və digər təfərrüatlar haqqında ətraflı məlumatı da orada əldə etmək olar.
Könüllülər istifadə etdikləri tarif paketin idarə olunması, yeniliklərdən xəbərdar olmaq üçün Azercell-in “Kabinetim” tətbiqindən də istifadə edə bilərlər.
Ölkənin lider mobil operatoru “Azercell Telekom” gənclərin inkişafına təkan vermək məqsədilə irəli sürülən təşəbbüsləri daima dəstəkləyir və bu istiqamətdə müxtəlif layihələr həyata keçirir. İnanırıq ki, Azercell tərəfindən “Könüllülər İli”nə xüsusi hədiyyə kimi hazırlanan bu təklif təmənnasız olaraq digərlərinə yardım edən könüllülərin əməyinin qiymətləndirilməsi və bu hərəkatın stimullaşdırılmasına qatqı vermiş olacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi