PA-nın şöbə müdiri daha 4 partiya lideri ilə görüşdü - Nələr müzakirə olunub?
05-12-2020 [12:33]
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin davamlı şəkildə partiya rəhbərləri və ictimai fəallar ilə görüşləri təşkil olunur.
Mia.az xəbər verir ki, növbəti belə görüşlər ayrı-ayrılıqda videokonfrans formatında dekabrın 4-də Milli Məclisin deputatları - Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, Vəhdət Partiyasının sədri Tahir Kərimli, həmçinin Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova ilə keçirilib.
Görüşlərdə Vətən müharibəsində əldə olunmuş böyük Qələbə, Ordumuzun şücaəti, müharibədə iştirak etmiş və yaralanmış hərbçilərə dövlət qayğısı, işğaldan azad olunmuş ərazilərdə əhalinin məskunlaşması, siyasi həmrəylik istiqamətində əldə olunmuş uğurların qorunmasında partiyaların rolu, islahatların şaxələndirilməsi, siyasətdə qadın amili və gender məsələləri ilə bağlı mövzular, həmçinin COVID-19 pandemiyası ilə mübarizədə vətəndaşların fəallığı, VI çağırış Milli Məclisin fəaliyyəti və ölkənin siyasi gündəmində olan bir sıra digər önəmli mövzular da müzakirə edilib.
Müasir milli tariximizin şanlı səhifələrindən olan Vətən müharibəsi ətrafında fikir mübadiləsi aparılaraq bildirilib ki, qazanılan bu möhtəşəm Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin, rəşadətli Azərbaycan Ordusunun və daim öz Prezidentinin ətrafında bir yumruq kimi birləşən böyük Azərbaycan xalqının zəfəridir. Cəmi 44 gün ərzində aparılmış döyüşlər nəticəsində ölkəmiz malik olduğu hərbi qüdrətini və iqtisadi gücünü bütün dünyaya aşkar şəkildə nümayiş etdirdi.
Vətən müharibəsindən sonra ölkəmizə qarşı aparılacaq sərt informasiya təzyiqləri ilə mübarizədə qalib gəlmək üçün bu gün Azərbaycanda yaşanan milli və siyasi həmrəyliyinin qorunması olduqca vacibdir. Bu baxımdan siyasi partiyalar arasında sağlam münasibətlərin davam etdirilməsi strateji vəzifədir.
Administrasiyanın rəsmisi mövzunu inkişaf etdirərək, siyasi partiyaların rəhbərləri ilə təşkil olunan görüşlər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 dekabr tarixli qələbə nitqinə müraciət edərək sözügedən çıxışdan sitat gətirib: “Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”.
Prezident İlham Əliyevin bu sözləri cəmiyyətimizin bütün potensialının səfərbər olunması kimi vacib vəzifəni qarşımıza qoyduğunu vurğulayan Ə.Vəliyev deyib ki, Azərbaycanın hər bir vətəndaşı bu amallara xidmət etməlidir.
Görüşlər əsnasında Vətən müharibəsində şəhidlərin qanı hesabına əldə olunmuş qələbənin əhəmiyyətini bəzi qüvvələrin ucuzlaşdırma cəhdləri sərt tənqid olunub, belə hallar yalnız öz doğma xalqına və Vətəninə qarşı xainlik kimi qiymətləndirilib. Ə.Vəliyev vurğulayıb ki, düşmənin mülki əhalini atəşə tutmasını da unutmaq olmaz və bu cür faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq prinsipial vəzifədir.
Ölkənin siyasi fəalları ilə təşkil olunan görüşlər çərçivəsində başlamış islahatların gözlənilən növbəti mərhələləri də müzakirə olunub. İslahatların səmərəliliyi naminə vətəndaş cəmiyyəti institutlarından fəallıq tələb olunduğunu bildirən Ə.Vəliyev vurğulayıb ki, əlverişli mühitin yaradılması üçün Milli Məclis tərəfindən yaxın gələcəkdə mütləq mütərəqqi qanunlar işlənilib qəbul olunacaqdır.
Bütün bəşəriyyəti narahat edən COVID-19 pandemiyası və müşahidə olunan meyillər də görüşlər zamanı müzakirə edilib. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilmiş qərarlar nəticəsində koronavirusa yoluxma sayı mümkün qədər minimal səviyyədə saxlanılıb. COVID-19-a qarşı vaksinlərin hökumət tərəfindən Azərbaycana gətirilməsi və əhalinin peyvənləşdirilməsi məsələləri də müzakirə olunub.
Görüşlərdə siyasi partiyaların fəallığının artırılması məsələləri də xüsusi olaraq müzakirə edilib. “Ölkəmizdə mövcud olan siyasi partiyaların sayı Azərbaycanda yaşanan siyasi plüralizmdən bilavasitə xəbər verir”, – deyən Ə.Vəliyev vurğulayıb ki, Azərbaycanda demokratik münasibətlərin inkişafı naminə partiyalara hökumət tərəfindən ayrılan diqqət daha da artacaqdır.
Müzakirələr zamanı Elşad Musayev, Elşən Musayev, Tahir Kərimli və Əsli Kazımova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Zəfər Günü”, “Anım Günü”, həmçinin Vətən müharibəsində Qələbə ilə bağlı müvafiq orden və medalların təsis olunması, habelə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması ilə bağlı sərəncamlarını yüksək qiymətləndirib, bu cür ali təşəbbüslərin böyük Qələbəni əbədiləşdirməyə xidmət edəcəyini vurğulayıblar. Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasında Zəfər Gününün tarixinin dəyişdirilməsi də partiya sədrləri tərəfindən alqışlanıb.
Görüşə görə təşəkkürlərini bildirən partiya rəhbərləri dövlətçiliyimizin, iqtidar ilə müxalifət arasında dialoqun və yeni siyasi konfiqurasiyanın inkişafına hər zaman dəstək olacaqlarını bildiriblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi