28-11-2013 [12:56]
"Azərbaycan teleseriallarında nümayiş olunan pis vərdişlərin aradan qaldırılması ilə bağlı telekanallara məktub göndərilib”.
Bu barədə Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli bildirib: "Bizim teleseriallarımızda bu cür hərəkətlər var. Biz bu məsələ ilə bağlı telekanallara müraciət etmişik. Bununla bağlı hətta Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsi də bizə müraciət etmişdi. Yəni, maşında olarkən edilən hərəkətlər mövcud qayda-qanunlara uyğun olmalıdır. Misal üçün, işıqforun qırmızı işığında yolu keçmək olmaz, maşına oturarkən ilk növbədə kəməri bağlamaq lazımdır".
N.Məhərrəmli əlavə edib ki, siqaret çəkməyin də teleseriallarda göstərilməsi yaxşı hal deyil: "Yenə deyirəm, bunlarla bağlı biz telekanallara məktubla müraciət etdik ki, onlar hansı prodakşnla çalışırlarsa, bizim bu barədə tövsiyələrimizi onlara çatdırsınlar. Yəni, biz insanlarda yaxşı vərdişlər yaratmalıyıq, pis vərdişlər formalaşdırmalı deyilik".
MTRŞ sədri, həmçinin xarici teleseriallarda müəyyən böyük binaların, marketlərin, tibb ocaqlarının loqolarının mozaikalarla bağlanması məsələsinə də toxunub: "O da zamanla öz həllini tapcaq. Teleseriallar sahəsi bizdə hələ ki çox təcrübə toplamış sahə deyil. Bilirsiniz ki, son üç ildə bu sahədə xüsusi canlanma başladı və ondan sonra bu sahə inkişaf etməyə başladı. Hesab edirəm ki, bir neçə ildən sonra bu sahə lazımi standartlara gəlib çatacaq. Biz də daim öz tövsiyələrimizi verəcəyik".
Azərbaycan yol polisi də teleseriallarda yol hərəkəti qaydalarının pozulması hallarının nümayişindən narahatdır. Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev öncə Trend-ə deyib ki, seriallarda, proqramlarda yol hərəkəti qaydalarının pozulması məqamlarının nümayiş etdirilməməsi üçün telekanalların rəhbərlərinə müraciət edilib: "Teleseriallar çəkilərkən orada yol hərəkəti qaydalarına əməl olunması düzgün təbliğ edilərsə, bunun sürücülərin maariflənməsinə böyük təsiri olar. Türkiyə seriallarında hətta cinayətkar olsa belə, avtomobildə sükan arxasına oturarkən təhlükəsizlik kəmərini bağlayır. Azərbaycanda da televiziyalara müraciət etmişik ki, seriallar, verilişlər yayımlananda bu cür hallara diqqət yetirilsin".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi