Sabah rayonlara qar yağacaq

img

28-11-2013 [12:45]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, axşam və gecə saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Paytaxt və yarımadada mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 11-16 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə yağıntının sulu qara və qara keçəcəyi ehtimal olunur. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun Aran rayonlarında gecə 5-10, gündüz 13-18, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA