ATƏT sədri: “Bu gün biz prinsiplərimizdən uzaqlaşdığımız üçün böhran içərisindəyik”
03-12-2020 [14:48]
“Biz təşkilata sədrliyi ötən ilin yanvar ayında üzərimizə götürərkən hər kəs ATƏT-in problemlərlə mübarizə içərisində olduğunu deyirdi”.
Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri və xarici işlər naziri Edi Rama ATƏT-in Nazirlər Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı deyib.
O bildirib ki, təşkilata üzv ölkələr və bu ölkələrin xalqları Avropada təhlükəsizliyi qorumaq və hərtərəfli şəkildə təmin etmək üçün səylər göstərməlidirlər: “Biz Parisdə, İstanbulda, Astanada (indiki Nur-Sultan) görüşlərimizdə bu istiqamətdə öhdəliklər götürdük. Birgə fəaliyyət göstərəcəyimiz, təhlükəsizliyi təmin edəcəyimiz, sülh və rifah barədə razılaşmalar əldə etmişik. Lakin bu gün biz daha da pisləşən böhranın içərisindəyik, çünki biz prinsiplərimizdən uzaqlaşırıq, artıq prinsiplərimizə hörmət edilmir və bizim öhdəliklərimiz həyata keçirilmir. Bizim baxışlarımızdakı fərqlər daha da böyüyür və dərinləşir. Çünki çoxtərəfliliyə yox, birtərəflilik siyasətinə üstünlük verilir. Dialoq əvəzinə qarşıdurma seçilir. Əməkdaşlıq əvəzinə bölücülük və dağıdıcı yanaşmaya üstünlük verilir. Bütün bunlar bizim hamımızı dərin problemlərə sürükləyir.
Əgər bu gün biz birgə olmayacağıq, həmrəylik göstərməyəcəyiksə, bizim təsirimiz azalacaq. Xüsusilə də, mən son zamanlar yaşanan böhranlara toxunmaq istəyirəm. Bu məni narahat edir. Bu onu göstərir ki, biz uğursuzluğa düçar olmuşuq, əlaqələrimizi, əməkdaşlığımızı yaxşılaşdıra bilməmişik. Mən açıq deməliyəm: Ya siz bu təşkilata inanırsınız, ya da inanmırsınız, ya siz münaqişələrin qabağını alır və həll edirsiniz, ya da etmirsiniz, ya siz azad medianı təbliğ edirsiniz, ya da etmirsiniz, ya siz insan haqlarını və demokratiyanı müadifə edirsiniz, ya da etmirsiniz. Məsələ bu qədər sadədir. Bizim təşkilatımız öz prinsipləri qədər güclüdür və bizim regional təhlükəsizliyimiz sizin götürdüyünüz öhdəlikləri reallaşdırmaq iradəniz qədər güclüdür. Əgər sizin iradəniz bu istiqamətdə azalacaqsa və bu günlərdə biz bunu görürük, o zaman, biz mübarizə və problemlər içərisində olacağıq. Meydana çıxan hər böhran bizə yeni böhranlar gətirir. Görün, Belarusda nə baş verdi. İnsanların arzuları, hüquqları de-fakto olaraq təhlükə qarşısında qoyuldu. Bütün bunlar sonadək belə davam edə bilməz, bu, dəyişməlidir. Əgər "Soyuq müharibə"dən bəşəriyyətin yaxşılığı üçün vaz keçilməzsə, bizim təşkilatımız da uğurlu işləməyə davam edə biməz. Bunlar ATƏT platformasında bəyan edilməli, müzakirə olunmalıdır”.
E. Rama COVID-19 pandemiyasının ağır və gözlənilməz nəticlərinə toxunaraq onun bütün sahələrə təsir etdiyi deyib: "Mən pandemiya zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verirəm. Biz daha çox bu pandemiyanın sosial-iqtisadi tərəflərinə fokuslanırıq, lakin biz bəzi məqamlar var ki, onları mütləq unutmamalıyıq. Pandemiya münaqişələrin humanitar təsirlərini daha da kəskinləşdirib, kibertəhlükəsizlik sahəsində cinayətlərin sayı artıb, dezinformasiya güclənib. Bütün bunlarla yanaşı, insanların azad hərəkətində problemlər yaranıb, ailədaxili şiddət artıb, ksenofobiya, diskriminasiya güclənib. Bəli, bütün bunlar uzun bir qışı xatırladır, ancaq parlaq gələcək qarşımızdadır, biz buna çalışmalıyıq".
Edi Rama Ukrayna münaqişəsi barədə də danışıb. O deyib ki, Albaniya sədrliyi öz üzərinə götürəndə bu məsələnin prioritet olduğunu bəyan etmişdi və bu yanaşma dəyişməyib: "Keçən müddət ərzində müəyyən irəliləyiş əldə olunub, amma hərtərəfəli və sülh yolu ilə həll üçün gediləcək uzun yol var. Artıq 7 il keçib, hələ də insani itkilər davam edir. Bu ailələr üçün, cəmiyyətlər üçün ağırdır. Humanitar vəziyyət çox narahatedicidir.
Əgər qarşılıqlı olaraq siyasi iradə göstərilərsə, sülh də olacaq. Atəşkəsə və Minsk Razılaşmasının müddəalarına əməl olunmalıdır"/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi