PA-nın şöbə müdiri partiya sədrləri ilə görüşüb - Nələr müzakirə olunub?
03-12-2020 [14:02]
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin partiya rəhbərləri və ictimai fəallar ilə görüşləri davam etdirilir.
Mia.az xəbər verir ki, bu səpkidə növbəti görüşlər ayrı-ayrılıqda videokonfrans formatında dekabrın 2-də Milli Məclisin deputatları - Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, həmçinin Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə və Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz ilə keçirilib.
Görüşlərdə Vətən müharibəsində qazanılmış böyük Qələbə, Ordumuzun şücaəti, Azərbaycanın keyfiyyət etibarilə yeni inkişaf mərhələsinə keçməsi, siyasi həmrəylik istiqamətində əldə olunmuş uğurların qorunması, COVID-19 pandemiyası ilə mübarizədə vətəndaşların fəallığı, VI çağırış Milli Məclisin fəaliyyəti, “Siyasi partiyalar haqqında” Qanunun yeni layihəsi və bir sıra digər önəmli mövzular müzakirə edilib.
Vətən müharibəsi ətrafında fikir mübadiləsi aparılaraq bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, əslində, dünyaya yeni hərbi strategiya nümayiş etdirib. Əminliklə vurğulanıb ki, Azərbaycanın sözügedən təcrübəsi bir çox ölkələr tərəfindən öyrəniləcək. Belə ki, cəmi 44 gün davam edən müharibə, əslində, fərqli hərbi strategiyaların savaşı idi.
Görüş zamanı xüsusi olaraq qeyd edilib ki, müharibədən sonrakı dövrdə aparılacaq sərt informasiya müharibəsində də siyasi həmrəyliyin nümayişi olduqca vacibdir. Odur ki, siyasi partiyaların birliyinin və qarşılıqlı dəstək mühitinin qorunması strateji vəzifədir.
Administrasiyanın rəsmisi mövzunu inkişaf etdirərək, təşkil olunan görüşlər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 dekabr tarixli Qələbə nitqinə müraciət edərək sözügedən çıxışdan sitat gətirib: “Bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur”.
Prezidentin bu sözlərini, əslində, ölkəmizi mahiyyət və keyfiyyət etibarilə yeni inkişaf mərhələsinə çıxardığını vurğulayan Ə.Vəliyev Azərbaycan cəmiyyətinin bundan sonra da aparılacaq islahatlara hazır olmasının vacibliyini bildirib.
“Vətən müharibəsində əldə olunmuş Qələbə, eyni zamanda, Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün probleminin həlli deməkdir. Odur ki, sözün əsl mənasında, Azərbaycanı yaxın gələcəkdə böyük quruluş işləri gözləyir”, – deyən Administrasiya rəsmisi sözügedən istiqamətdə də əməkdaşlığın önəmli olduğunu bildirib.
Adıçəkilən görüşlər əsnasında Qələbənin, eyni zamanda, şəhidlərin qanı hesabına əldə olunduğunu qeyd edən Ə.Vəliyev vurğulayıb ki, düşmənin mülki əhalini atəşə tutmasını da unutmaq olmaz və bu kimi faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq prinsipial vəzifədir. Bunu əsas tutaraq bütün görüşlərdə Vətənin şəhid olmuş övladlarına Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir, yaralılara isə şəfa dilənilib.
Ölkədə başlamış islahatların səmərəliliyi mütləq müvafiq qanunvericilik bazası ilə dəstəklənməlidir. Bu mənada Milli Məclisin rolunu vurğulayan Ə.Vəliyev islahatların ruhuna və demokratik dəyərlərin inkişafına dəstək olacaq yeni qanun layihələrinə böyük ehtiyac olduğunu bildirib. Odur ki, çeviklik, müasirlik və innovativlik kimi keyfiyyətlər müasir Milli Məclisin əsas xüsusiyyətlərinə çevrilməlidir.
Həmçinin görüşlərdə bütün dünyanı narahat edən COVID-19 pandemiyası və müşahidə olunan tendensiyalar müzakirə edilib. Ölkəmizdə koronavirusa yoluxma sayı Prezidentin rəhbərliyi ilə qəbul edilmiş qərarlar nəticəsində mümkün qədər minimal səviyyədə saxlanılıb. Bundan əlavə, dövlətimizin başçısının göstərişi ilə modul tipli yeni xəstəxanaların, həmçinin tibbi maska və dezinfeksiya vasitələri istehsal edən müəssisələrin istifadəyə verilməsi, zəruri tibbi avadanlıqların Azərbaycana gətirilməsi, xaricdən həkim-mütəxəssislərin ölkəmizə dəvət edilməsi pandemiya ilə mübarizəyə müsbət təsir göstərib.
Görüşlər zamanı siyasi partiyaların fəaliyyəti haqqında fikir mübadiləsi də aparılıb. Qeyd olunub ki, siyasi partiyaların fəallığı Azərbaycanda vətəndaş cəmiyyətinin əsaslarının inkişafı üçün zəmin yaradır. Bu səbəbdən də dövlət tərəfindən siyasi partiyalara ayrılan diqqət məhz demokratiyanın inkişafına yönəlmiş sərmayə kimi dəyərləndirilməlidir.
Partiya sədrləri Fazil Mustafa, Qüdrət Həsənquliyev, Arzuxan Əlizadə və Yunus Oğuz çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanda “Anım Günü”, “Zəfər Günü”, həmçinin Vətən müharibəsində Qələbə ilə bağlı müvafiq orden və medalların təsis olunmasına dair sərəncamlarını yüksək qiymətləndirib, bu addımların ölkəmizdə milli birliyin inkişafına əvəzsiz töhfə olacağına əminliklərini bildiriblər.
Görüşə görə təşəkkürlərini bildirən partiya sədrləri dövlətçiliyimizin, iqtidar-müxalifət arasında dialoqun və yeni siyasi konfiqurasiyanın inkişafına hər zaman dəstək olacaqlarını vurğulayıblar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi