Peşə təhsilinin populyarlaşdırılması ilə bağlı layihəyə yekun vurulub
02-12-2020 [13:07]
"Qadın Liderliyi Uğrunda" İctimai Birliyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsinə yekun vurub. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənib və Təhsil Nazirliyi ilə birgə həyata keçirilib.
Mia.az xəbər verir ki, layihə çərçivəsində məktəblərin yuxarı siniflərində təhsil alan, eləcə də ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilini populyarlaşdırmaq istiqamətində müvafiq işlər görülüb.
Ölkə KİV-lərində və sosial mediada peşə təhsilinin önəmi, Azərbaycanda bu sahənin hazırkı vəziyyəti, mövcud problemlər və onlardan çıxış yollarını əks etdirən onlarla məqalə, bloq yazısı, müsahibə və videomateriallar hazırlanaraq yayılıb. Eyni zamanda “Facebook” sosial şəbəkəsində (https://www.facebook.com/Peşə-təhsili-gələcəyin-açarı-2570353079858200) layihə çərçivəsində hazırlanmış materiallar davamlı olaraq istifadəçilərə çatdırılıb.
Layihə çərçivəsində hazırlanan materiallarda ölkənin tanınmış təhsil ekspertlərinin, millət vəkillərinin, peşə təhsili müəssisələrinin rəhbərlərinin, peşə təhsili alaraq uğur qazanmış insanların fikirləri əksini tapıb.
Yuxarı sinif şagirdləri arasında "Hansı peşəyə üstünlük verirsən?" mövzusunda keçirilən onlayn sorğunun nəticələri əsasında ölkədəki yeniyetmələrin peşə maraqları öyrənilib.
Layihə çərçivəsində ölkədə bu sahədə görülməsi vacib olan işlərin analizi aparılıb, müvafiq institutlara təqdim edilmək üçün əsaslandırılmış təkliflər hazırlanıb, sosial şəbəkələrdə və KİV-də sistemli iş aparılıb.
Təşkilat günümüzdə qaçılmaz zərurətə çevrilən peşə təhsilinin populyarlaşdırılması və ölkədə peşə təhsilinin səviyyəsinin dünyanın qabaqcıl standartlarına uyğunlaşdırılması istiqamətində təbliğati işlər görməyi, zəruri araşdırmalar aparmağı, hökumətə müvafiq təkliflər verməyi bundan sonra da davam etdirmək niyyətindədir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi