27-11-2013 [17:35]
Sabiq millət vəkili Zahid Qaralovun mətbuata son müsahibəsi qalmaqala səbəb olub. Belə ki, Z.Qaralov "publika.az”a müsahibəsində deyib ki, Heydər Əliyevi də Naxçıvana buraxmırdılar, onunla bütün əlaqələrimizi kəsmişdilər: "Ziyad Səmədzadənin o vaxt yüksək vəzifəsi var idi, indi də bu adam Milli Məclisdə komitə sədridir. Z.Səmədzadə o dövrdə onlara yalandan demişdi ki, Heydər Əliyev kabinetində yoxdur, telefonlar da işləmir. Amma biz sonradan Heydər Əliyevlə görüşəndə dedi ki, mən səhərədək öz kabinetimdə oturmuşam və telefonlar da işləyirdi. Bu adam o dövrdə bizi və Heydər Əliyevi aldadıb”.
Buna cavab olaraq Milli Məclisin deputatı Ziyad Səmədzadə Z.Qaralovun dediklərinin əsassız olduğunu bildirib və adıçəkilən şəxsin ona qarşı hücumlarının arxasında başqa məqamların dayandığını qeyd edib:
"2005-ci ilin parlamentin seçkilərində Səbail rayonundan namizədliyimi vermişdim, o zaman da heç bir vəzifəm yoxuydu, sadəcə, ictimai əsaslarla fəaliyyət göstərən Müstəqil İqtisadçılar Birliyinə sədrlik edir, həmçinin mətbuatda iqtisadiyyatla bağlı elmi yazılar, məqalələrlə çıxış edirdim. O zaman mənimlə həmin dairədən namizədliyini verənlər arasında Zahid Qaralov da vardı, hansı ki, həmin vaxt o, həm Milli Məclisdə komitə sədri vəzifəsini tuturdu, həm də YAP-ın Səbail rayon təşkilatının sədri vəzifəsində çalışırdı. Ancaq əlində bu qədər resurslar olmasına baxmayaraq, Zahid Qaralov o zaman seçkilərdə məğlubiyyətə uğradı, yenidən deputat seçilə bilmədi. Heç bir vəzifəm və resursum olmaya-olmaya Zahid Qaralov böyük fərqlə mənə uduzdu.
İndi belə görünür ki, bu adam ahıl yaşında hələ də həmin məğlubiyyətini həzm edə, uduzmağını mənə bağışlaya bilmir. O, birdəfəlik qəbul etməlidir ki, o zaman seçkilərdə böyük fərqlə mənə uduzub və bu məğlubiyyətinin kökündə də insanların ona növbəti dəfə etimad göstərməməsi dayanır. Əslində məğlubiyyətinin özü də nəticə çıxarmaq üçün bir vasitəsidir, amma görünür, bu adam hələ də düzgün nəticə çıxara, məğlubiyyəti ilə barışa bilmir”.
Z.QaralovModern.az-a açıqlamasında deyib ki, Ziyad Səmədzadənin dediklərini çözmək fikri yoxdur: "Mən sözümü demişəm, o da öz sözünü deyib. Bununla da məsələ bitib. Kim nə istəyir yazsın, məndən ötrü, bu məsələ qapanıb. Onun özü də, mən də tarixi bilirəm. Bizdən başqa digərləri də bilir. Məsələni qabartmağa ehtiyac yoxdur”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi