Zakir Həsənovdan kadr islahatı, nazir polkovniki rəsi təyin etdi

img

27-11-2013 [17:16]


Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatına yeni rəis təyin edilib. APA-nın məlumatına görə, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin müəllimi, polkovnik-leytenant Füzuli Abbasov Hərbi Nəşriyyatın rəisi təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl Zakir Həsənovun imzaladığı əmrlə Hərbi Nəşriyyatın rəisi, polkovnik Pənah Abdullayev tutduğu vəzifədən azad edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA