Vüqar Oruc: "Əldə olunmuş qələbədən sonra əmlak bazarında heç bir durğunluq və ya böhrandan söz ola bilməz"
01-12-2020 [14:55]
44 gün davam edən Vətən müharibəsində dəstəyi ilə seçilən qardaş Türkiyə, eləcə də dost Pakistan, Ukrayna və İsrail dövlətləri inşaat, istehsal müəssisələrinin qurulmasında, kənd təsərrüfatının yenidən və müasir biçimdə bərpasında, turizm sektoruna Azərbaycan dövləti ilə birlikdə investisiya qoya bilər.
Mia.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, “VECON CONSULTING ” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc son günlərdə ölkəmizdə baş verən mühüm hadisələrin əmlak bazarına təsirinə dair fikirlərini bölüşüb.
- Bir-birini təqib edən karantin, pandemiya, Vətən müharibəsi və yenidən sərt karantinin daşınmaz əmlak bazarına təsirini necə qiymətləndirərdiniz?
2020-ci il ölkəmiz üçün mühüm dəyişikliklər ili oldu. Pandemiya və sərt karantinin iqtisadiyyata, ələlxüsus da əmlak bazarına təsiri ilə bağlı mütəxəssis rəyi ilə çıxış edərək ictimaiyyətə məlumat vermişdik. Həmin məlumatda müvafiq dövr üçün bazara edilən təkliflərin mövcud olmağına baxmayaraq, tələbatın bu təkliflərlə müqayisədə daha az göründüyü qeyd edilmişdi.
Bu səbəblə də sözügedən dövrdə qiymətlərdə müəyyən qədər enmələrin və azalmaların baş verməsi təbiidir. Bundan başqa pandemiya dövründə Beynəlxalq Qiymətləndirmə Standartları komissiyasının xüsusi rəyində həmin dövrdə mövcud olan qiymətlərin, bazar dəyəri olmadığı da qeyd edilmişdi. Başqa sözlə desək, xüsusi fors-major vəziyyət olduğuna görə, əmlakların bazar dəyəri məhz sözü gedən dövrdəki kimi götürülə bilməz. Bununla bağlı rəhbərliyində təmsil olunduğum Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti də müvafiq dövrə uyğun sənədlər qəbul etmişdi. Bazarım daimi təhlilini aparan və mövcud dinamikanı müşahidə edən bir şirkət kimi baş verən dəyişikliklər, qiymətləndirmə işinə birbaşa təsir göstərdiyini deyə bilərik. Pandemiya başlanan dövrdən indiyə qədər əmlakın qiymətlərində müəyyən dəyişikliklər baş verib. Bu da karantin ilə əlaqədar müəyyən planların, yeni ailələrin qurulmasının təxirə salınmasından irəli gəlir. Təbii ki, əmlak alqı-satqısında müəyyən fasilələr yaranır, nəticədə əmlakını təklif edərkən mövcud şəraiti nəzərə almaq lazım gəlir, bu isə qiymətlərin düşməsinə gətirib çıxarır. Amma indi yeni bir situasiya yaranıb - Azərbaycanın müzəffər ordusu, illərdir işğal altında olan əraziləri azad edib. Artıq gündəmdə həmin ərazilərin yenidən qurulması və bərpa işlərinin görülməsidir. Bu prosesdə Azərbaycana dost olan və iqtisadi münasibətləri yüksək səviyyədə qurulmuş dövlətlər öz maraqlarını ortaya qoyaraq müəyyən investisiya yatırımı təklifləri ilə çıxış edəcək. 44 gün davam edən Vətən müharibəsində dəstəyi ilə seçilən qardaş Türkiyə, eləcə də dost Pakistan, Ukrayna və İsrail dövlətləri inşaat, istehsal müəssisələrinin qurulmasında, kənd təsərrüfatının yenidən və müasir biçimdə bərpasında, turizm sektoruna Azərbaycan dövləti ilə birlikdə investisiya qoya bilər. Bildiyiniz kimi azad olunan ərazilər həm turizm üçün gəlirli, həm də kənd təsərrüfatı üçün mühüm əhəmiyyətə və münbit şəraitə malikdir. Bu səbəbdən də həmin ərazilərdə yenidənqurma işlərinin aparılması Azərbaycan iqtisadiyyatında çox böyük müsbət tendensiyalara səbəb olacağı və iqtisadiyyatımızın bu proseslərin nəticəsi olaraq böyüyəcəyi təbii haldır. Digər tərəfdən iqtisadiyyat böyüdükcə, yeni yatırımlar olduqca əmlak qiymətlərində də müəyyən dəyişikliklər olacaq.
- Bu fikri bir qədər ətraflı izah edərdiniz...
- Yəni iqtisadiyyatı böyük olan dövlətlərdə əmlakların qiymətləri daha yüksək olur. Götürək qonşu – Rusiya və ya Türkiyəni, bu ölkələrdə iqtisadiyyat böyüdüyü anda əmlak qiymətlərində yüksəlməni müşahidə etmişik. Avropada iqtisadi inkişafın zirvəsində olan dövlətlərdə əmlak bizdəki qiymətlərdən 1,5-2 dəfə yüksəkdir. Əmlakın dəyəri həmin ölkələrdə baş verən iqtisadi proseslərlə birbaşa əlaqəlidir. Belə ki, iqtisadi proseslərdə uğursuzluq və ya hər hansı bir problem yarananda əmlakın qiymətində enmələr labüd olur.
Təqribi hesablamalarımıza görə, Azərbaycan iqtisadiyyatında Vətən müharibəsi nəticəsində azad edilən bölgələrin payı 25-30%-dir və bu payın yenidən ölkə iqtisadiyyatının tərkib hissəsinə daxil olması, həmin ərazilərdə həyatın yenidən canlanması, istehsalatın bərpası ölkə iqtisadiyyatına elə bir təsir göstərər ki, daşınmaz əmlak bazarında da alqı-satqı prosesləri aktivləşə, daşınmaz əmlaka tələbatlar arta bilər, bunun nəticəsində isə biz ciddi şəkildə iqtisadi inkişafın yüksəlməsinin və paralel olaraq daşınmaz əmlak bazarının aktivləşməsinin şahidi ola bilərik.
- Azad edilmiş torpaqlara köçkünlərin qaytarılması paytaxtda, ümumilikdə ölkədə daşınmaz əmlak bazarında qiymətlərə necə təsir edəcək?
- Məsələ ondan ibarətdir ki, torpaqların 28 il işğal altında olduğu dövrdə məcburi köçkünlərin nüfuz sayı da yüksəlib. Söhbət bu illər ərzində 600 mindən 900-950 min civarında artan əhalidən gedir. Həmin əhalinin bir qismi işğaldan azad edilən ərazilərə qayıdacaq, digər qismi elə əvvəlki kimi paytaxtda və məskunlaşdıqları digər şəhərlərdə yaşamağa davam edəcək. Artıq əhalinin
əksəriyyəti məskunlaşdığı ərazilərdə əmlak sahibi olub, bu səbəbdən də onlar sistematik surətdə həm regionda, həm məskunlaşdığı ərazidə yaşamağa davam edəcək. Başqa sözlə desək köçdən deyil, qismən köçdən söhbət gedir.
Məsələnin digər tərəfi ondan ibarətdir ki, iqtisadiyyatın inkişafı, investisiya qoyuluşu, yeni istehsal sahələrinin, eləcə də iş yerlərinin yaranması deməkdir. Bu proses paytaxtın, yaxud da digər şəhərlərin boşalması və ya iştirakçısı olduğumuz əmlak bazarında durğunluğun yaranmasına səbəb ola bilməz. Əksinə mən deyərdim ki, böyük canlanma yaranacaq.
- Qeyd etdiniz ki, xarici ölkə şirkətləri tərəfindən investisiya cəlb edilməsi üçün geniş imkanlar yaranacaq, bu amilin daşınmaz əmlak bazarına təsiri necə olacaq?
- Birmənalı şəkildə müsbət olacaq. Səbəb isə ondan ibarətdir ki, ölkənin iqtisadi inkişafına səbəb olan sərmayə yatırımı həm də ölkəmizə xarici iş adamlarının gəlməsi deməkdir. Bu isə ya müvəqqəti, ya da birdəfəlik əmlakın alınması və ya kirayə götürülməsi istiqamətində ciddi artımın olacağını söyləməyə əsas verir. Bundan başqa iqtisadi inkişaf təbii ki, əhalinin də rifahına təsir edir və onlar da bu zəmində əmlak – mənzil, obyekt sahibi olmaq haqqında düşünür. Mən düşünürəm ki, torpaqlarımızın alınması alqı-satqı faktlarında azalmanın deyil, daşınmaz əmlak bazarında mövcud olan süstlüyü aradan qalxmasına səbəb olacaq. Belə ki, məcburi köçkünlərin öz yurdlarına qayıtması onların daha öncə məxkunlaşdığı ərazilərdə iş yerlərinin artmasına, bu isə əhalinin büdcəsində müsbət yönə dəyişməyə səbəb olacaq. Bütün bunların fonunda əmlak bazarında heç bir durğunluq və ya böhrandan söz ola bilməz.
- Hazırda iqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərən şirkətlər şəhid və qazı ailələrinə mümkün yardımı etməyə çalışır. Siz bu istiqamətdə hansı addımları atmışınız?
- Biz Dağlıq Qarabağ ərazisinin azad edilməsi uğrunda gedən müharibədə şəhid olan hərbçilərin ailələri üçün qiymətləndirmə üzrə xidmət növlərini təmənnasız olaraq həyata keçirməyə başlamışıq. Bu xidmətlər sırasına dövlət tərəfindən həyata keçirilən sosial xarakterli layihələr üzrə yaşayış təyinatlı daşınmaz əmlakın qiymətləndirilməsi daxildir. Bundan başqa Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka krediti vasitəsilə ölkə vətəndaşlarının mənzil ilə təmin olunması üzrə həyata keçirilən sosial layihəsi çərçivəsində Qarabağın azad edilməsi uğrunda müharibə iştirakçıları tərəfindən alınan mənzillərin qiymətləndirilməsi 50% güzəştlə həyata keçiriləcək.
- İşğaldan azad edilmiş ərazilərdə xidmət ilə əlaqəli planlarınız varmı?
- Bu Qələbə Ali Baş Komandan Prezident İlham Əliyevin işğal altında olan torpaqlarımızın böyük hissəsinin azad edilməsi ilə sonuclanan prinsipial və qətiyyətli siyasətinin və xalqımızın Qarabağın azadlığı amalı ətrafında birləşərək göstərdiyi həmrəyliyin töhfəsidir. Erməni vandallarının talan etdiyi ərazilərimizdə həyat yenidən canlanacaq, sənaye və istehsalat inkişaf edəcək. Artıq həmin ərazilərdə iqtisadi inkişafa dəstək olmaq və qiymətləndirmə sifarişlərinin vaxtında və operativ yerinə yetirmək məqsədilə, “VECON CONSULTING” şirkəti yurdumuzun dilbər guşəsi Qarabağda yeni nümayəndəlikləri açmağı planlaşdırır.
Biz əminik ki, illərdir doğma yurduna həsrət qalan və artıq o torpaqlara qayıdan xalqımızın rifahının bərpa ediləcək.
MİA.AZ
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib
ABŞ Ədliyyə naziri vəzifədən çıxarıldı
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub