“Səfər Əbiyevin adı ilə sökülən ev gömrük generalının olub” – Müdafiə Nazirliyi ilə bağlı yeni açıqlamalar

img

27-11-2013 [12:44]



 Hərbi ekspert Üzeyir Cəfərov yenidən Müdafiə Nazirliyində aparılan kadr və digər islahatlar haqda aşıqlama yayıb.

 Mia.az onun Facebook-daki şəxsi hesabindan yaydığı açıqlamanı olduğu kimi təqdim edir:

 "Bir müddət bundan öncə kimlərinsə məqsədyönlü şəkildə dövriyyəyə buraxdıqları "Səfər Əbiyevin evini sökürlər" başlığı altında bütün medianın diqqətini cəlb edən hadisənin sonu ilə demək olar ki, heç kim maraqlanmadı. Biz isə o işin axırına çıxdıq və məlum oldu ki, o sökülən ev sabiq müdafiə naziri general-polkovnik Səfər Əbiyevə deyil, hazırda gömrük xidməti general-mayoru olan və Bakı şəhəri Gömrük İdarəsinin rəhbərliyində təmsil olunan, adı tez-tez mətbuatda hallanan bir şəxsin imiş. Səbail Rayon İcra hakimiyyətindən bu məlumatı dəqiqləşdirə bilərsiniz. Maraqlıdır ki, bu dezinformasiyanı dövriyyəyə buraxdıran isə, MN-də oturan, bir vaxtlar sabiq nazirə yaxınlığı ilə seçilən bir şəxs olub.

  Müdafiə Nazirinin əmri ilə Silahlı Qüvvələrdə Hərbi Ticarət işləri ilə məşğul olacaq bir qurum da fəaliyyətə başlayır.

  MN-nin Hərbi Nəşriyyatına rəis vəzifəsinə təyin edilən polkovnik-leytenant Rəşad Abuzərovla bağlı əmri ləğv edilib. İşindən azad edilmiş, istefada olan polkovnik Pənah Abdullayevin vəzifələrini isə Nəşriyyatın baş mühəndisi həyata keçirir.

 Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun əmri ilə SQ Hərbi Həkim Komissiyasının sədri mayor Vidadi Quliyevin əvvəlki - tibb xidməti polkovnik-leytenantı rütbəsi bərpa edilib. Bundan əlavə də o sahədə çalışan bir neçə şəxsin də hərbi rütbələri yenidən artırılıb. Hətta Heydər Əliyev Fondunda övladı çalışan bir zabitin də polkovnik rütbəsi bərpa edilib.

  Naxçıvandan narahatedici xəbərlər var. Oktyabrda şəxsi heyətlə görüşdə yeni müdafiə naziri tezliklə uzun illər orada xidmət keçən zabitlərin tədricən Bakıya və digər qarnizonlara təyinatına başlanılacağına söz versə də, təəssüflər olsun ki, bu günə kimi bu işə demək olar ki, başlanılmayıb.

  Müdafiə Nazirliyinin rəhbərliyinin atdığı yanlış addımlardan biri kimi, bu yaxınlara kimi nazirlikdə yüksək vəzifə tutan bir neçə zabitin birdən-birə aşağı vəzifəyə təyin edilməsidir ki, bunun müqabilində də həmin zabitlər aldıqları məvacibdən 250-300 manat itiblər.

  Müdafiə naziri Zakir Həsənovun ordudan ehtiyata tərxis etdiyi bir neçə zabit digər güc strukturlarında xidmətlərini davam etdirmək istəyi ilə müvafiq qurumlara müraciət ediblər. Hətta onlardan bir neçəsi istəklərinə nail də olublar. Onlardan birinin adı da göstərmək olar. MN-nin HHQ və HHM qoşunlarından ehtiyata tərxis edilmiş polkovnik Faiq Məmmədov artıq Dövlər Sərhəd Xidmətində zabit kimi Aviasiya İdarəsində xidmətini davam etdirir. Digər maraqlı və diqqət cəlb edən qərarlar vardır. Bu haqda bir qədər sonra...”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA