Ermənistanın sabiq prezidentinin müşavirindən maraqlı açıqlamalar: "Xəyalların ardınca qaçdıq və əldə edə biləcəyimiz şeyləri itirdik”
01-12-2020 [13:49]
“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin atəşkəs bəyanatı faktiki olaraq Qarabağ məsələsini bağlayır. Düzdür, sənəd bunu birbaşa demir, ancaq o, Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanır. Ermənistanın baş naziri Paşinyan da onu imzalayıb. Bunu heç kim dəyişdirməyəcək”.
Bunu Ermənistan birinci prezidenti Levon Ter-Petrosyanın müşaviri və 1991-1997-ci illərdə Qarabağ üzrə danışıqlarda iştirak edən Jirayr Liparityan BBC-yə müsahibəsində deyib.
“Qarabağ məsələsi bir neçə komponentdən ibarətdir. Onlardan ən başlıcası atəşkəs elan olunduqdan bəri beynəlxalq ictimaiyyətin bizə Qarabağın müstəqilliyini tanımadığını söyləməsidir. Bu müddətdə Rusiya, Türkiyə, İran, ABŞ və Fransa Azərbaycanın ərazi bütövlüyünə əsaslanan variantlar təklif edib. Son 30 ildə bizə bunu açıq-aydın deyirdilər. Nəzərə almalıydıq ki, zaman keçdikcə Azərbaycan hərbi güc və ehtiyatlar nöqteyi-nəzərdən daha da güclənir. Razılaşmaya gedən yol nə qədər uzanırdısa, müharibənin olması da bir o qədər yaxınlaşırdı və bu müharibəni qazanmaq şansımız da azalırdı”, - J.Liparityan bildirib.
O, Levon Ter-Petrosyanın komandasının sülh müqabilində rayonların böyük hissəsini geri qaytarmaq və status məsələsini sonraya saxlamaq üçün fürsət yaratmaq istədiyini qeyd edib.
“Ancaq sonrakı administrasiyalar ərazilərin geri qaytarılmasının yalnız status - yəni Azərbaycan tərəfinin Qarabağın müstəqilliyini tanınması və ya heç olmasa referendum kimi müstəqilliyə gedən yol təmin etməsi müqabilində ola biləcəyinə qərar verdi. Paşinyan administrasiyası danışıqların açıq şəkildə yalnız yeddi rayonun geri qaytarılmasını nəzərdə tutan və status məsələsinə heç bir şəkildə aydınlıq gətirməyən səhv postulatlara əsaslandığına qərar verdi.
Paşinyan gələcək statusun dəqiq şəkildə başa düşülməsinin vacibliyinə, bu olmadan da Azərbaycanın mövqeyini ciddiyə ala bilməyəcəyinə və danışıqların mənasız olduğuna israr etdi, çünki Azərbaycan ərazi bütövlüyündə israrlı idi. Belə olan halda o, belə nəticəyə gəldi ki, əvvəlcə status barədə razılığa gəlmək lazımdır və bunun üçün müharibə lazımdırsa, müharibə də olacaq və biz qazanacağıq. Bu, son 25 ildə Ermənistan tərəfinin məntiqi idi və indi səhvlərin nəticəsini görürük. Özü də böyük səhvlərdir. Müharibənin gedişatını ətraflı müzakirə etmək mənə maraqlı deyil. Bu müharibə zamanı texniki, logistik və strateji problemlər açıq-aydın göründü. Ancaq bunsuz da bu müharibəni öncəkində olduğu kimi asanlıqla qazana bilməyəcəyimiz aydın idi.
İndi Ermənistanın Baş Qərargah rəisinin bəyanatından öyrənirik ki, müharibənin artıq dördüncü günü o, bu barədə baş nazirə xəbərdarlıq edibmiş”.
Onun sözlərinə görə, müharibədən əvvəl də başqa səhvlər buraxılmışdı: “Ermənistan tərəfi Azərbaycana və Türkiyəyə qarşı təxribat xarakterli bir sıra tamamilə lazımsız addımlar atdı. Məsələn, Qarabağın gələcək statusunu müzakirə edərkən Azərbaycan öz həllini təklif edir: “Qarabağ Azərbaycandır”. Bu, beynəlxalq ictimaiyyətin mövqeyidir. Belə bir məqamda biz deyirik: danışıqları unudun, Qarabağ Ermənistandır və nöqtə! Başqa bəyanatlar da var idi”.
J.Liparityan azərbaycanlıların bölgəyə qayıdacağını və Azərbaycan hakimiyyətinin bu sayın maksimum çox olması üçün hər şeyi edəcəyini bildirib: “Bizdə soydaşlarımızın, Qarabağ ermənilərinin geri dönməsini istəyirik. Bəs onlar bu cür Qarabağa qayıtmağa hazır olacaqlarmı? Qarabağ ermənilərinin kütləvi dönüşü olmazsa, o zaman Qarabağın bundan sonrakı statusu barədə müzakirəyə belə ehtiyac yoxdur. Putin və digər dünya liderləri Qarabağın statusunun müəyyənləşdirilmədiyini dedikdə, Qarabağın müstəqilliyinin mümkün olduğunu nəzərdə tutmurlar. Onlar artıq bunun mümkün olmadığını, Qarabağın Azərbaycanın bir hissəsi olduğunu deyiblər”.
“Bu, bizim (ermənilərin – red.) həyat strategiyamızdır - xəyal qurmaq. Ancaq xəyal qurmaq strategiya deyil. İnsanlar istədiklərini onlara verilməli olanla qarışdırırlar. Heç kim sizə nəsə verməməlidir. Sizə ala biləcəyiniz şeylər verilir. Hansısa müharibədə qələbəyə ümid bəsləmək reallıqla deyil, miflərlə yaşamaq deməkdir. Biz reallığı qəbul etmək istəməmək, gerçəkliyi rədd etmək və onu xəyallarımızla əvəz etmək metodlarını inkişaf etdiririk. Bunu sənətə çevirmişik.
Məğlub olmağa və onunla barışmağa alışmışıq. İndi nə desələr də, tarixən məğlubiyyətlərə alışmışıq, qələbələrə alışıq deyilik. Hətta qələbəmizi də məğlubiyyətə çevirdik. Xəyalların və mümkünsüzlərin ardınca qaçdıq və əldə edə biləcəyimiz şeyləri itirdik”, - o, vurğulayıb/Report.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi