27-11-2013 [11:15]
Biz onları hər zaman ciddi müzakirələrdə görürük. Bəzən emosionallıqla, bəzən isə səbrlə. Onlara kənardan baxanda lap yeni məktəbə gedən uşaqlar kimi ağlımdan bir fikir keçir: görəsən, bu qalstuklu, kostyumlu parlament kürsüsündə əsib coşan insanlar ailədə necədirlər? Əslində indiki müsahibimi daha çox mülayim insan kimi tanıyırıq. Amma duruşunda mühafizəkarlıq da sezilir.
Millət vəkili Fazil Mustafa ilə siyasətdən deyil, onun rəhbərlik etdiyi ailə adlı dövlətdən söhbət etdik. Beləliklə, Ailem.az-ın "Bizim ailə" layihəsinin ilk qonağı Fazil Mustafa ilə olan səmimi söhbəti təqdim edirik.
- Sizinlə bu gün nə siyasətdən, nə də sosial-iqtisadi problemlərdən danışmaq istəyirəm. Buna ya çox özəl söhbət deyin, ya da səmimi. Əvvəlcə ailədən başlayaq. Sizcə, azərbaycanlı ailəsinin modeli hazırda bizim qəbul etdiyimiz kimidirmi?
- Fikrimcə, Azərbaycan ailəsi dünya ailə sistemindən fərqli bir xarakterə sahib model kimi götürülməməlidir. Çünki bizdə belə bir təsəvvür var ki, sanki bizdəki qədər sağlam, hörmət üzərində qurulan və əxlaq dəyərlərinə daha çox bağlı olan ikinci bir ailə modeli yoxdur. Bu, tamamilə yanlış təsəvvürdür. Azərbaycan ailəsində ümumi insan haqlarının pozulması anlayışı daha sərt formada tətbiq olunur. Bizim ailələrin daha böyük sevgi və qarşılıqlı hörmət üzərində qurulması az müşahidə olunur. Müşahidə olunan odur ki, Azərbaycan ailəsi cəmiyyətin müəyyən standartlarına görə özünü şəkilləndirir. Yəni nəyi etmək olmazsa, onu etməməyə, nəyi etmək olarsa, onu bir az ehtiyatla göstərməyə çalışır. Bu zaman ailə təməlində müəyyən dərəcədə sağlam olmayan mühit mövcud olur. Əslində, Azərbaycan ailəsini insan haqlarına daha çox sayğı və qarşılıqlı hörmət üzərində qurulan bir model olaraq görmək lazımdır. Bizim arzuladığımız ailə modeli budur. Çünki qarşılıqlı hörmətə dayanmayan, sədaqət prinsipinə uyğun gəlməyən bir ailə modelinin gələcəyi də yoxdur. Bu amil uşaqların doğru tərbiyə olunmasına da ciddi əngəllər yaradır.
"Azərbaycan ailəsinin təməlini sağlam hesab etmirəm”
- Ailələrimizin təməli sağlam deyilmi?
- Bəzən bizdə daha çox sədaqətdən bəhs edilir. Amma Azərbaycan ailəsində olan aldatmalar, bir-birinə yalan söyləmələr heç Avropa ailəsində də müşahidə olunmur. Çünki orada hər kəs doğruları daha çox açıq söyləməyə çalışır və problemlərini bir-birlərindən gizlətmirlər. Ona görə də mən Azərbaycan ailəsinin təməl əsasının çox da sağlam olduğu düşüncəsində deyiləm. Bunu müasir hüquq prinsiplərinə uyğunlaşdırmaq lazımdır. Mülkiyyət hüququnun ailə üçün vacib olduğunu aşılamaq lazımdır. Qadın çox vaxt sevgiyə görə yox, iqtisadi asılılığına görə ailəni davam etdirmək məcburiyyətində qalır. Kişilər isə çox vaxt sadəcə "el nə deyər” anlayışına əsasən münasibəti davam etdirirlər və bunu da uzunömürlü bir sədaqət nümunəsi kimi göstərirlər. Belə insanlar ailədən kənar münasibətlərə daha çox meyl edir və bunu bir kişilik, üstünlük rəmzi kimi təqdim etməyə çalışırlar. Bunlar əslində, ailə modelinin nə qədər deformasiyaya uğradığının göstəricisidir. Ailə hüquqa söykənən və bərabər mülkiyyət hüququna sahib insanların sevgisi əsasında qurulmalıdır. Azərbaycan ailəsinin təməlində və quruluşunda bir çox dəyərlər nəzərə alınmalıdır. Məsələn, şampan şərabını toqquşdurub nikah kəsdirirlər. İslam qaydası ilə toy edilir, ancaq spirtli içki ilə xeyir-dua verilir. Bəlkə də bu görüntü olaraq müasirlik kimi qəbul edilir. Amma bu, ailənin təməl əsasında müəyyən mənəvi dəyərlərin ilkin pozuntuları kimi özünü hiss etdirməyə başlayır. Ailənin ilk növbədə iqtisadi təməli sağlam olmalıdır. Çünki iqtisadi təməl sonrakı münasibətlərə də təsir edir. Yoxsulluq və müəyyən imkansızlıq problemlər ortaya çıxarır. Bu baxımdan Azərbaycanda əhalinin rifah səviyyəsinin yüksəlməsi ailə həyatına da ciddi təsir edə bilər. Azərbaycan yeni bir cəmiyyət olduğuna görə, ailə institutunun inkişafına dövlət qayğısının proqram əsasında həyata keçirilməsi vacibdir. Dağılan ailələr, kimsəsiz uşaqlarla bağlı sistemli proqramların həyata keçirilməsini müşahidə etmirik. Bu da ailənin sanki diqqətsiz bir sosial qurum olaraq qalmasına gətirib çıxarır və küçədə veyllənən kimsəsiz uşaqların, eləcə də boşanmaların sayının artmasına şərait yaradır. Ailə içi hər hansı münasibətlərin pozulması onun dağılmasına səbəb olmamalıdır. Problemin yollarını çözmək üçün sosial institutların, qeyri-hökumət təşkilatlarının da bu problemlərə diqqət ayırması vacibdir.
"Ailəmizdə qadağalar yoxdur”
- Siz sadaladığınız göstəricilərə uyğun ailə başçısısınız?
- Hesab edirəm ki, Azərbaycan dəyərlərinə bağlı olan, öz ailəsinin, övladlarının problemlərinə vaxt ayıran, onların müəyyən qayğılarını düşünən, haqlarını tanıyan, istəklərini nəzərə alan, bir az da cəmiyyət içində nəzərdə tutulan müəyyən qadağaları da diqqətdən qaçırmayan ailə başçısıyam.
- Hansı qadağalardan söhbət gedir?
- Qadağadan daha çox Azərbaycan cəmiyyətində müəyyən addımların daha ölçü-biçili olmasına üstünlük verən bir anlayışdan söhbət gedir. Bütövlükdə daha rahat və cəmiyyətlə uyğunlaşma baxımından problem yaşamayan bir ailə quruluşuna sahib olduğumu düşünürəm.
- Demək, sizə qarşı da qadağalar var? Xanımınızın sizə qadağaları nədir?
- Açığını deyim ki, heç nə. Ailə münasibətlərində əsas məsələ dürüst olmaqdır. Azərbaycan cəmiyyətində çatışmayan budur. Çünki ailədə bəzi məsələlərin müzakirəsi, cəmiyyətlə təmas zamanı müəyyən natamamlıqlar ortaya çıxa bilir. Amma dürüst davrananda bunları çox rahatlıqla adlaya bilirsən. O baxımdan da şəxsən mən həyat yoldaşıma heç nəyi qadağan etmirəm, mənə də qarşı heç bir qadağa yoxdur. Çünki mən kənarda hansı formatda və görüntüdəyəmsə, ailəmdə də o formatda və görüntüdəyəm. İkili həyat tərzinə sahib deyiləm. Yəni bir sıra insanlar var ki, nəyisə gizlətməyə məhkumdurlar. Belə problemləri olmayan ailələrdə narahatçılıqlar və qadağalar da yaşanmır.
"Bir də gözümü açdım ki, hakimiyyət məndən alınıb”
- Adətən bizim valideynlər övladlarını tez baş-göz etmək istəyir. Amma siz gec ailə qurmusunuz...
- Gec ailə qurmağım siyasi yaşantımla bağlı olub. Mən bir çox çətinliklərlə rastlaşmışam, uzunmüddətli mühacirət, qısamüddətli həbsxana həyatı yaşamışam. Azərbaycanda normal yaşamaq imkanım belə, məhdud idi. Nəhayət, valideynlərimin təkidi ilə 1998-ci ildə həbsdən çıxandan bir həftə sonra ailə həyatı qurdum. Necə deyərlər, apar-topar evlənmişəm. Bu, elə sürətlə baş verdi ki, bir də gözümü açdım ki, hakimiyyət məndən alınıb (gülür).
- Bu, sevgi evliliyidi, yoxsa valideynlərin seçimi?
- Valideynlərimin məsləhəti ilə evlənmişəm. Onların və mənim tanıdığım bir ailənin qızı ilə həyat qurmuşam. Bu, özü də bir şansdır ki, yaxşı imici olan bir ailənin övladı ilə evləndiriləsən, həm də sonrakı həyat göstərə ki, tam öz arzularına uyğun bir ailən var. Bu da Allahın insana bir lütfüdür. Allahın mənə verdiyi ən böyük nemət olaraq ailəmi görürəm.
- Maraqlıdır ki, özgür ruhlu insanın həyat yoldaşını ailəsi seçib.
- Burada insanın öz seçimi də ola bilər, valideynlərin məsləhəti də. Çünki bəzi insanlar cəmiyyətdə daha utancaq olurlar, açıqlığa meylli olmurlar. Bu, onlara kimisə tapmağa, ünsiyyət qurmağa, ürəyini açmağa və öz istəklərini həyata keçirməyə mane olur. Belə olanda valideynlər, ana, xala, bacı köməyə gəlir və hansısa tövsiyələrini verir. Buna da normal yanaşıram. Amma daha yaxşı olardı ki, insan özünü təqdim edə biləcək bir mühitdə olsun. Bu, tələbəlik, iş mühiti də ola bilər. Bu, insanların bir-birilərini tanımalarına və daha sağlam ailə qurmalarına şərait yaradar. Valideynlərin iradəsi ilə heç də həmişə uğurlu ailələr qurulmur. Vəzifə və pul şərtlərinə əsasən qurulan ailələrin isə sonu uğursuz nəticələnir. Fikrimcə, qapalı olmayan cəmiyyətlərdə daha sağlam ailələrin qurulması mümkündür.
- Adətən çox fərqli peşə sahibləri ailədə anlaşa bilmir.
- Həyat yoldaşım tibb bacısıdır, doğum evində çalışır. Hazırda isə analıq məzuniyyətindədir. Anlaşma baxımından heç bir problemimiz yoxdur. Oğlum Ərturan doqquzuncu sinifdə oxuyur. Qızım Durunun isə 4 yaşı var, bağçaya gedir.
- Sizin evdən yeni siyasət adamı çıxarmı?
- Onlar öz seçimləri və xarakterlərinə uyğun yol seçərlərsə, mən onlara dəstək verə bilərəm. Əvvəlcədən müəyyənləşdirmə məsələsinə normal yanaşmıram. Övladım həkim olacaq və sair demək doğru deyil. Uşaq yaxşı təhsil almalıdır. Sonrakı seçim isə onların özlərinin olmalıdır. Siyasətçi də ola bilərlər, bu, onların qabiliyyəti ilə bağlı məsələdir. Amma kiminsə, hətta övladımın belə, qolundan yapışıb xüsusi himayəyə götürmək düşüncəsində deyiləm. Özlərinin həyat yollarını seçməsinə üstünlük verirəm. Çünki qazanılan əksər şeylərə Allahın köməyi ilə həyatda mən özüm nail olmuşam. Təbii ki, valideynlərimin dəstəyi və imkanları ilə də əldə etdiyim start vəziyyəti olub. Amma böyük əksəriyyətini çalışaraq, vuruşaraq dəstəksiz qazandım. Ona görə də övladlarıma da bunu təlqin edirəm.
- Bazar-dükanla aranız necədir? Evin bazarlığını kim edir?
- Əsasən özüm.
"Yanmış yeməyi dəfələrlə qabağıma qoyublar...”
- Olurmu ki, işdən evə gəlmisiniz və xanımınızın əlində vacib iş var. Onu işdən ayırmırsınız və qollarınızı çırmalayıb keçirsiniz mətbəxə...
- Bu, çox istisna hallarda olur. Çünki evdə mənə buna imkan verilmir. Hərdən özümə çay süzürəm. Bəzən tək olanda məcbur olaraq mətbəxə keçə bilərəm. Mən tələbə olarkən yataqxanada qalmışam. Ona görə də müəyyən asan yeməkləri bişirmək təcrübəm var. Amma yaşım artdıqca çox tənbəlləşirəm. Yemək bişirmək mənimçün çox ciddi bir əzaba çevrilir. Ona görə də yoldaşım bu məsələdə mənə bir boşluq yaratmır. Nə vaxtsa evdə tək olacağamsa, əvvəlcədən yeməyimi hazırlayıb qoyur. Çay və qəhvəaltı işini isə özüm həll edirəm. Amma ağır yemək məsələlərinə girişə bilmərəm.
- İştahlı danışdız...
- Gündə bir dəfə yeyirəm, ancaq iştahla yeyirəm.
- Daha çox hansı yeməkləri?
- Dolma, küftə, xüsusilə daş üstə döyülmüş küftəni daha çox xoşlayıram. Bir xüsusiyyətim var ki, istənilən yeməyi, hətta olub ki, yanmış yeməyi dəfələrlə qabağıma qoyublar, onu da rahatlıqla yemişəm. Yemək barədə heç bir kompleksim yoxdur. Hələ indiyədək bir dəfə də olmayıb ki, yeməyi geri qaytarıb deyim başqa yemək gətir. Allaha şükür eləyib yeyirəm. Yəni yemək barədə xüsusi bir menyum, istəyim, tələbim yoxdur. Həqiqətən də yaşamaq üçün yeyirəm.
- Fazil müəllim, bərk yorğun olanda necə dincəlirsiniz? Dostlarla, ailədə, təkliyə çəkilməklə, yoxsa hansısa bir məşğuliyyətlə?
- Məşğul olduğum xüsusi bir neçə məşğələ var ki, onlardan birincisi futboldur. Demək olar ki, hər gün futbol oynayıram və bu, mənim həyat tərzimdir. İkinci, basketbolu çox sevirəm. Həftədə ən azı bir dəfə, dostlarımla basketbol oynayıram. Bu, stress atmağa çox böyük yardım edir. Üçüncü sevdiyim məşğuliyyət isə şahmat oynamaqdır. Gündə bir-iki partiya oynayıram və bununla dincəlirəm. Və bir də gündəlik oxumağı, yazmağı sevirəm.
"Futbolu deputat statusumla oynamıram”
- Futbolu kimlərlə oynayırsınız? Həmkarlarınız olurmu komandanızda?
- Çeşidli insanlarla. Məsələn, oynadığım 3-4 komanda var ki, peşəkarlardır. Həvəskarlarla da oynayıram. Yəni bütün kateqoriyadan olan insanlarla rahatlıqla oynaya bilirəm. Oyun üslubuma görə istənilən oyunda faydalı ola bilirəm. Yəni orada müftəxorluq etmirəm, deputat statusumla oynamıram. Hamı ilə bərabər və daha çox qol vurmağa, oyunun ağırlığını üzərimə götürməyə çalışaraq oynadığıma görə, arzu olunan oyunçu kimi bu oyunlara dəvət olunuram.
- Onda Azərbaycan futbolunun inkişafına yardımçı ola bilərsiniz.
- Artıq vaxt keçib, özümün oynamağım çətin olar. Amma hansısa futbol sisteminin içində özümü təsəvvür edə bilirəm. Çünki futbola baxışlarım və bu sahədə yeniləşməni həyata keçirməyə görə düşüncələrim var və bunları məsləhət formasında tətbiq etməyə maraqlıyam. Hələ ki, buna uyğun şərait görmürəm. Amma gələcəkdə ola bilər.
- Məşqçi olmaq heç ürəyinizdən keçirmi?
- Yox, məndən məşqçi olmaz. Çünki peşəkar futbolçu deyiləm, üstəlik də yanlış oynayan oyunçuya tez əsəbiləşirəm. Amma müəyyən məsləhətlər verə bilərəm.
- Siyasətçi olmasaydınız, yəqin peşəkar futbolçu olardınız...
- Çox güman ki, ədəbiyyat sferasında özümü tapardım. Yaxşı yazar olardım. Hər halda yazılarıma görə jurnalistlərdən bir az geri qalıram. Hər gün nəsə yazıram. Elmi tədqiqatlarla da məşğul oluram. Ona görə də bu sahədə maraqlı bir qabiliyyət ortaya qoya bilərdim. Siyasətçi olmasaydım, tarix, fəlsəfə və hüquq sahəsində ciddi tədqiqatlar ortaya qoymağa daha çox imkanım olardı. Amma siyasətçi olsam da, bu sahədə az sayda da olsa, öz dünyagörüşümü əks etdirən kitablar və əsərlər ortaya qoymağa nail olmuşam. Bu da mənim təkcə siyasətə qapılıb qalmadığımın göstəricisidir. Ya da ola bilsin ki, futbolçu olardım.
"Qayınanam məni çox sevir”
- İndi də gələk bir az ara vuran məsələlərə. Qayınananızla aranız necədir?
- Çox normal. Məsafəli bir münasibətlər var. Nə çox yaxın, nə də çox uzaq olmayan, bir az qarşılıqlı hörmətə dayanan münasibətə daha çox üstünlük verirəm. Bunu daha səviyyəli münasibət hesab edirəm. Hamı mənim, mən də hamının yerini bilirəm, həm qayınananın, həm də qayınatanın. Hərənin öz sferası var və müdaxilələr məsələsində çox ciddi qaydalar nəzərdə tuturuq. Nə mən xoşlayıram ki, kimsə mənim ailə məsələlərimə qarışsın, nə də başqalarının haqlarına girməyə haqqım olduğunu düşünürəm.
- O zaman sevilən kürəkənsiniz?
- Biz iki kürəkənik. Qayınanamız hər ikimizi də sevir. Bacanağım da çox dəyərli və mənim hörmət etdiyim insanlardan biridir. Bu, özü də bir şansdır ki, bu sahədə də çox rahatam. Çünki qayınananı, qayınatanı və bacanağı da insan özü seçmir.
"Molla Nəsrəddin sayağı oxuyuram”
- Bəzən insan ya xoşbəxtlikdən, ya da çox dərdli olduğunda mahnı oxuyur. Bu, bir az psixoloji durumla bağlıdır. Siz heç oxuyursunuz?
- (Gülür) Hə, oxuyuram hərdən, təkliyə düşəndə. Molla Nəsrəddin variantı oxuyuram. Bilirsiz də Molla Nəsrəddin hamamda oxuyur. Səsi özünə xoş gəlir. Gəlib padşahın sarayında deyir ki, mənim gözəl səsim var, mənə imkan yaradın oxuyum. Yaxında hamam olmadığına görə mollanın tələbi ilə bir çəllək gətirirlər ki, içinə girib oxusun. Amma Molla Nəsrəddin nə qədər edir, səsi boğanaq çıxır. Bu pis səsdən əsəbiləşən padşah əmr edir ki, çəlləyin suyu qurtaranadək adamlar əllərini suya batırıb mollaya şapalaq vursunlar. Molla oxumağına peşman olur.
- Hansı mahnıları xoşlayırsınız?
- Xoşuma gələn bir neçə mahnı var. Amma ən sevdiyim mahnı "Qaragilə”dir. "Şahnaz” təsnifi üzərində oxunuşu, Səxavət Məmmədovun "Azad bir quşdum...” mahnısını çox bəyənirəm. Türk musiqisindən tez-tez dinlədiyim "Devlərin aşkı büyük olur...” mahnısıdır. Ən çox sevdiyin mahnılardan biri də "Katyuşa”dır. Bu mahnını əsgərlikdə də çox dinləyirdim, indi də boş vaxtlarımda qulaq asıram. O qədər səmimi mahnıdır ki, xəlvətə düşəndə özüm də zümzümə edirəm.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi