Türkiyədə 4 partiya Fransa Senatının Qarabağla bağlı qətnaməsinə etiraz bəyanatı yayıb
27-11-2020 [20:01]
Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkət Partiyası (MHP) və İYİ Partiyanın millət vəkillərinin qrup rəhbərləri Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən birgə bəyanat yayıb.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, Fransa Senatının qəbul etdiyi qətnamə beynəlxalq hüquqa görə yox dərəcəsindədir: “Fransa Senatı özünü görməməzliyə vursa da Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrə əsasən Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Fransa Senatının qətnaməsi beynəlxalq hüquqa görə yox dərəcəsindədir. Bir neçə gün əvvəl Qarabağın Azərbaycan torpağı olduğu Fransa Prezidenti Emmanuel Makron tərəfindən bəyan edilib, Qarabağ Ermənistan tərəfindən belə tanınmadığı halda Fransa Senatının həqiqətlərdən uzaq qətnamə qəbul etdiyi çox açıq şəkildə görünməkdədir.
30 il müddətində Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqları Azərbaycan Ordusunun son aylarda qəhrəmancasına mübarizəsi nəticəsində işğaldan azad edilib, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Türkiyə olaraq bu haqlı mübarizənin və qazanılan zəfərin hər anında qardaş Azərbaycanın yanında olmaqdan qürur duyuruq. Azərbaycan Ordusunun BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünü müdafiə çərçivəsində apardığı əks-həmlə əməliyyatı nəticəsində öz sahiblərinə qayıdan Azərbaycan torpaqlarının əbədi olaraq Azərbaycanın hakimiyyəti altında qalacağına zərrə qədər şübhəmiz yoxdur.
ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olmasına baxmayaraq, təxminən 30 il boyunca Ermənistanın qanunsuz işğalını görmək istəməyən, bitərəf olmaq əvəzinə bütün hallarda işğalçı Ermənistanın yanında yer alan və Azərbaycanın haqqını və hüququnu tanıyan bütün BMT qətnamələrini heçə sayan, son zamanlarda Türkiyəyə qarşı ədavətdə sərhəd tanımayan Fransanın bu addımı bizim üçün təəccüblü olmayıb. Qətnamənin Fransa Senatında böyük çoxluğun səsi ilə qəbul edilməsi Fransanın gələcəyi haqqında narahatlığımızın artmasına səbəb olub.
Fransa hökumətinin beynəlxalq hüquq və bölgədəki həqiqətlərlə ziddiyyət təşkil edən, əsassız iddialar, böhtanlar və ciddiyə alınmayacaq təkliflər ehtiva edən bu qətnaməyə diqqət göstərməyəcəyinə ümid edirik. Bu cür təxribatçı təşəbbüslərin bölgəmizə və dünyaya sülh və sabitlik gətirməkdən uzaq olduğunu xatırlatmaqla bərabər, ölkəmiz və qardaş ölkə Azərbaycan əleyhinə belə düşməncəsinə addımları atanların Məclisimiz və əziz Millətimiz tərəfindən qeydə alındığını elan edirik”/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi